PDF Oxu

Araşdırma

  • 13

KİV nümayəndələri dövlətin mətbuata yardım ayırmasını müsbət qiymətləndirirlər

KİV nümayəndələri dövlətin mətbuata yardım ayırmasını müsbət qiymətləndirirlər

Məlum olduğu kimi, artıq Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu mətbuata yardımların ayrılması üçün müsabiqə elan edib. Bu müsabiqənin şərtlərini necə dəyərləndirirsiniz və bu yardımlar mətbuatın inkişafında hansı töhfələr verə bilər? Bu və ya digər suallarla KİV nümayəndələrinə müraiciət etdik.

Vəli Vəliyev,
"Azad Azərbaycan" qəzetinin baş redaktoru:
-Mətbuatımızın inkişaf etməsi üçün dövlət tərəfindən atılan bu kimi addımlar təqdirəlayiq haldır. Burada söhbət ondan gedir ki, maliyyə yardımları hansı KİV-lərə ayrılmalıdır. Mətbuatın İnkişafına Dəstək Fondunun rəhbəri keçirdiyi mətbuat konfransında da, məlum olduğu kimi, bununla bağlı müsabiqələr keçiriləcəkdir və həmin müsabiqələrə uyğun olaraq göndərilən layihələr müsabiqənin qalibi elan olunacaq və həmin vəsaitlər də onlara ayrılacaqdır. Əgər hansısa redaksiya hansısa bir lahiyəni savadlı və düşünülmüş bir şəkildə ortaya qoyacaqsa və bu da müsabiqənin şərtlərinə uyğun olarsa, təbii ki, onlar qalib elan olunacaq. Mən mətbuatın inkişafı üçün dövlət tərəfindən atılmış bu addımı çox müsbət qiymətləndirirəm.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

-Bildiyimiz kimi, artıq bu müsabiqənin şərtləri bəllidir və burada dövlətin özü üçün prioritet hesab etdiyi sahələrin adları artıq açıqlanıb. Səhv etmirəmsə, orada əksini tapmış istiqamətlərin hər birinin Azərbaycan dövləti üçün çox məxsusi əhəmiyyəti var. Dağlıq Qarabağ probleminin işıqlandırılması, sosial problemlərin həlli ilə bağlı, regionların iqtisadi inkişaf ilə əlaqədar olaraq, əyalətdə baş verən hadisələrlə bağlı və eyni zamanda, Azərbaycançılıq idealogiyası ilə sırf əlaqəli şərtlər müəyyənləşdirilibdir və bu mövzuların hər birinin məxsusi əhəmiyyəti var. Eləcə də, dövlət əgər mətbuata kömək edirsə, bunun qarşılığında da dövlətin cəmiyyətdə görmək istədiyi və cəmiyyətin inkişafında maraqlı olduğu sahələrə də mətbuat orqanları diqqət yönəltməlidir. Hesab edirəm ki, hər bir qəzet həmin bu müsabiqənin şərtlərinə uyğun şəkildə orada iştirak edə bilər. Fikirimcə, bu, Azərbaycan mətbuatının inkişafında bir addımdır, bir təkandır və hər birimiz, yəni dövlətin ayıracağı bu vəsaitdən istifadə edərək, nəzərdə tutulan layihələri həyata keçirə bilərik. Mən bütün bunları çox yüksək qiymətləndirirəm.

Habil Əliyev, "Gündəlik Bakı" qəzetinin baş redaktoru:

- Hesab edirəm ki, Azərbaycan dövləti hər zaman mətbuata qayğı ilə yanaşmalıdır. Təbii ki, son illər biz bu qayğının şahidiyik. Belə ki, ölkə mətbuatına son zamanlar dövlət tərəfindən yardımlar ayrılıb. Bir məsələni də qeyd edim ki, yardımın layihələr formasında həyata keçirilməsi böyük imkan yaradır ki, dövlətin ayırdığı bu yardımı müstəqil qəzetlər də ala bilsin. Bu şərait mətbuatın üzləşdiyi müəyyən problemləri aradan qaldıracaq. Azərbaycan Mətbuatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Digər xəbərlər