PDF Oxu

Araşdırma

  • 5

Dövlətimiz uşalara daim qayğı göstərir

Dövlətimiz uşalara daim qayğı göstərir

Dövlətimiz daim uşaqlara diqqət göstərir. Onların sağlam, təhsilli, vətənpərvər ruhunda böyümələri üçün hər cür tədbirlər həyata keçirir.2009-cu ilin Azərbaycanda uşaq ili elan olunması da uşaqlara dövlətin diqqət və qayğısının göstəricisidir. Bu barədə söhbət etdiyimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) uşaq problemləri şöbəsinin müdir müavini Ceyran Rəhmətullayeva və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının milli direktoru Fərqanə Məmmədova öz münasibətlərini belə bildirdilər.

Ceyran Rəhmətullayeva,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdir müavini:

- Uşaqların sağlam, vətənpərvərlik ruhunda böyüməsində dövlətimizin qayğısı böyükdür. Bu qayğı uşaqların gələcəyinin sağlam olması, onların vətənə, xalqa bağlılığının daha da artması, insanların hər bir təbəqəsi kimi uşaqların da daha gözəl şəraitdə yaşamasına istiqamətlənib. Uşaqların vətənpərvər böyüməsi üçün həm televiziyalarda verilişlər hazırlanır, məktəblərdə müxtəlif mövzularda inşa müsabiqələri təşkil olunur, həm də bu istiqamətə yönəldilmiş işlər görülür. Təbii ki, belə proqramların daha da çox hazırlanması nəzərdə tutulur. Uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi cəmiyyətimiz üçün ən mühüm hallardan biridir. Bunu nəzərə alaraq dövlət hər zaman bu sahəyə xüsusi qayğı ilə yanaşır.
Uşaqların istirahət etməsi, tətil günlərini səmərəli keçirməsi üçün düşərgələr mövcuddur. Lakin bu düşərgələrin daha da geniş yayılması, yenilərinin yaradılması nəzərdə tutulur. Həmin düşərgələrdə uşaqların yaxşı istirahət etməsi, maariflənməsi, tətil günlərini səmərəli keçirməsi üçün proqramlar hazırlanır. Düşərgələr çox yaxşı vəziyyətdədir və standartlara cavab verir. Bizim komitə də uşaqlar üçün belə düşərgələrin yaradılmasın iştirak edir. Biz xüsusi qayğıya ehtiyacı olan uşaların istirahətini təşkil edərkən, onları dəniz kənarlarına, şəhərin görməli yerlərinə aparırıq. Bu gəzinti proqram şəklində təşkil olunub bir neçə gün davam edir.

Fərqanə Məmmədova,
SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının milli direktoru:
- Hamıya məlumdur ki, dövlət uşaqlara daimi olaraq diqqət, qayğı göstərir. Bu diqqət və qayğı nəticəsində uşaqlar təhsilli, vətənpərvər ruhda və sağlam böyüyürlər. Uşaqlar üçün keçirilən bütün tədbirlərin, onlar üçün reallaşdırılan layihələrin yeganə məqsədi Azərbaycanda uşaqların düzgün istiqamətdə maariflənməsidir. Həyata keçirilən tədbirlərin daha da genişlənməsi nəzərdə tutulur. 2009-cu ilin uşaq ili elan olunması da cənab Prezident İlham Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğının təzahürüdür və bu diqqət davamlıdır. Gələcəyimiz olan uşaqların sağlam və təhsilli böyüməsi cəmiyyətdə ən vacib məsələlərdəndir.
Ölkəmizdə uşaq düşərgələrinin yaradılması da mühüm məsələlərdən olduğu üçün çox sevindirici haldır ki, belə düşərgələr mövcuddur və bu düşərgələr müasir tələblərə tam cavab verir. Şübhəsiz ki, bu düşərgələrin daha da çox olmasına çalışmalıyıq.

Digər xəbərlər