PDF Oxu

Araşdırma

  • 10

Ömrün zirvəsi - insan ömrünün axtarışları

Ömrün zirvəsi - insan ömrünün axtarışları
=0 yaş ömrün müdriklik, kamillik dövrü hesab olunur. Bu ömrün arxasından görünən illərin hər zamanı insanın yaşam tərzinin naxışıdır. Bu gün 70 yaşını qeyd edən Hacı Tofiq Seyidovun 70 illik ömür yolunu heç də axtarışsız, əzab-əziyyətsiz keçməmişdir. 1939-cu ilin 20 iyun tarixində Naxçıvan Muxtar Respublikanın Sədərək rayonunda dünyaya göz açan ziyalı elə ilk təhsilini də doğulub boya-başa çatdığı kənddə almışdır. 1969-cu ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirən Hacı Tofiq Şərur rayon maarif şöbəsinin təkidi ilə Sədərək kənd orta məktəbinə rus dili və ədəbiyyat müəllimi təyin olunur. O, ali təhsil aldığı elmi müəssisəyə - aspiranturaya qəbul olunsa da, ailə vəziyyətinə görə, başa vura bilməmişdir. Uzun illər pedaqoji fəaliyyət göstərən Hacı Tofiq 2002-ci ildə Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinə disertant kimi qəbul edilir. O, "Sədərəyin iqtisadi, siyasi və mədəni həyatı V-XX əsr" mövzusu üzərində elmi işini artıq başa vurub. Bu günə qədər onun otuz iki kitabı işıq üzü görmüş, elmi tədqiqat, publisist əsərlərin müəllifi kimi tanınıb. Hacı Tofiq Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. 2006-cı ildə işıq üzü görən "XX əsr Azərbaycan Yazıçıları" və 2009-cu ildə nəşr olunan "XX-XXI əsr Azərbaycan yaradıcı ziyalıları" ensiklopediyalarında haqqında yazılar dərc edilib. Hacı Tofiqi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona elmi axtarışlarında uğurlar diləyir, can sağlığı arzulayırıq.

Digər xəbərlər