PDF Oxu

Araşdırma

  • 8

Allahşükür Paşazadə: “Dini şüarlardan ekstremizm məqsədləri üçün istifadə etmək böyük günah və hörmətsizlikdir”

Allahşükür Paşazadə: “Dini şüarlardan ekstremizm məqsədləri üçün istifadə etmək böyük günah və hörmətsizlikdir”
"Bu gün xaricdən və daxildən müəyyən qüvvələr tərəfindən yayılan dini fanatizm və ekstremizm ideyalarına qarşı birgə mübarizə aparmaq çox vacibdir". APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvada keçirilən "MDB müsəlmanları konfessialararası və millətlərarası həmrəylik uğrunda" adlı beynəlxalq konfransda deyib. Tədbirdə MDB-nin 8 ölkəsindən 40 dini xadim iştirak edir. Dini şüarlardan ekstremizm məqsədləri üçün istifadə olunmasını böyük günah və hörmətsizlik adlandıran Şeyxülislam belə halların qarşısını birgə səylərlə almağa çağırıb: "Biz xalqlarımızı tolerantlıq ruhunda tərbiyələndirsək, millətlərarası həmrəyliyə nail olmaq olar"". O bu məqsədlə mədəniyyətlərarası dialoqdan istifadə etməyə çağırıb.

Digər xəbərlər