PDF Oxu

Araşdırma

  • 12

“Azərbaycan” Cəmiyyəti 15 İyun Qurtuluş Gününü qeyd edib

“Azərbaycan” Cəmiyyəti 15 İyun Qurtuluş Gününü qeyd edib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti 15 İyun Qurtuluş Gününü qeyd edib. Dubayda yaşayan soydaşlarımızın, türklərin və İraq türkmənlərinin iştirak etdiyi tədbirdə Cəmiyyətin sədri Samir İmanov çıxış edib.
O, qeyd edib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın böhrandan çıxış yollarını müəyyənləşdirib, Onun işləyib hazırladığı strategiya qısa müddət ərzində ölkəni xaos və anarxiyadan xilas edib. S.İmanov ümummilli liderin uzaqgörən siyasətinin bu gün də öz bəhrələrini verdiyini Heydər Əliyevin cəsarəti və qətiyyəti ilə reallaşmış qlobal layihələrin xalqımızın rifahına xidmət etməklə yanaşı, bölgədə təhlükəsizliyin təminatçısına çevrildiyini də vurğulayıb. Tədbirdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla və layiqincə davam etdirən Prezident İlham Əliyevin yeritdiyi siyasət, gördüyü işlər sayəsində Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi, dünyadakı nüfuzunun getdikcə artması barədə də danışılıb.
Bayram tədbirində "Heydər Əliyev-Dünyaya pəncərə" filmi nümayiş etdirilib. Həmçinin, "Azərbaycan" Cəmiyyətinin qərargahında ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil edilib. Qeyd edək ki, 15 İyun Qurtuluş Günü ilə bağlı AZAL-ın Dubaydakı nümayəndəliyində də milli liderin ömür yolundan və Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən bəhs edən fotostend hazırlanıb. Bununla yanaşı, AZAL-ın əməkdaşları nümayəndəliyə gələn qonaqlara Qurtuluş Gününün tarixi və mahiyyəti haqqında bilgi vərəqələri və kitablar paylayıblar.
"Azərbaycan" Cəmiyyətinin rəhbərliyi də Dubay Şeyxi Aparatının rəhbərliyinə və Birləşmiş Ərəb Əmirliklərinin Parlament üzvlərinə Qurtuluş Günü barədə ətraflı məlumat veriblər.

Digər xəbərlər