PDF Oxu

Araşdırma

  • 12

Ermənistanın dövlət başçısı bütün danışıqlarda konstruktiv mövqe tutmur

Ermənistanın dövlət başçısı bütün danışıqlarda konstruktiv mövqe tutmur
Azərbaycan və Ermənistan prezdentləri arasında iyul ayında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşünün keçirilməsi nəzərdə tutulur. Bu görüşün baş tutması nə dərəcədə realdır və bu görüş baş tutarsa, münaqişənin həlli istiqamətində ciddi irəliləyişlərin olması nə dərəcədə mümkündür? Bu mövzu ilə əlaqədar millət vəkili Məlahət Həsənovaya müraciət etdik:
- Bu görüşün baş tutmasına şübhə etmirəm. Ona görə ki, iyul ayında Moskvada çox mötəbər bir tədbir keçiriləcək və bu tədbirdə nüfüzlu ölkələrin rəhbərləri, hətta mətbuatdan aldığımız informasiyalara görə, ABŞ prezdenti Barak Obama, Fransa prezidenti Nikolya Sarkozi və həmçinin, bir çox ölkələrin rəsmiləri, eləcə də, dövlət rəhbərləri bu beynəlxalq tədbirdə iştirak edəcəklər. Həmin tədbirdə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı da gözlənilir.
Bildiyimiz kimi, Qarabağ məsələsinin həlli ilə bağlı uzun müddətdir ki, danışıqlar gedir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ üzrə həmsədrləri də bu işlərlə bağlı danışıqlar aparır. Amma heç bir nəticənin əldə olunmamasına baxmayaraq, yenə də danışıqlar davam edir. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyev Sankt-Peterburqda Ermənistan prezidenti Serj Sarksiyanla görüşdü. Bu görüş zamanı danışıqlarda heç bir nəticə əldə olunmayıb, amma bildiyimiz kimi, istənilən məsələnin həll olunması üçün danışıqlar aparılmalıdır. Təbii ki, hər iki tərəfdən irəli sürülən təkliflər bir-birini qane etməlidir ki, bir ortaq nöqtəyə gəlsinlər və müzakirələr aparılsın. Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bilirlər ki, Ermənistan tərəfi və Ermənistanın dövlət başçısı bütün danışıqlarda konstruktiv mövqe tutmur. Ermənistan prezidenti Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı danışıqlarda konsturuktiv mövqe tutsaydı, yəqin ki, bu məsələ, bu münaqişə çoxdan həll olunardı. Ona görə ki, konstruktiv mövqe deyəndə, bu məsələnin həlli hamıya məlumdur. Bu görüşlər ardıcıl olaraq davam etsə də, hələ də bir nəticə yoxdur. Ancaq işğal altında olan torpaqlarmızın nə yolla olursa-olsun azad ediləcəyinə əminəm.

Digər xəbərlər