PDF Oxu

Araşdırma

  • 16

Şəmsəddin Hacıyev: “Təhsil haqqında” qanun layihəsi iyunun 16-na qədər parlamentin iclasına tövsiyə olunacaq

Şəmsəddin Hacıyev: “Təhsil haqqında” qanun layihəsi iyunun 16-na qədər parlamentin iclasına tövsiyə olunacaq
Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev bildirmişdir ki, "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyunun 19-da keçiriləcək iclasında üçüncü oxunuşda müzakirəyə təqdim olunacaq.
Komitə sədri daha sonra qeyd etmişdir ki, qanun layihəsinin müzakirəsi iyunun 16-na qədər yekunlaşacaq, daha sonra parlamentin iclasına tövsiyə olunacaq.
"Layihənin müzakirəsinin payız sessiyasına saxlanmasından söhbət gedə bilməz. "Təhsil haqqında" qanun layihəsi artıq MM-in növbəti iclasının gündəliyinə daxil edilmişdir" - deyə Şəmsəddin Hacıyev bildirmişdir.

Digər xəbərlər