PDF Oxu

Araşdırma

  • 12

İsveç qondarma “Erməni soyqırımı”nı tanımır

İsveç qondarma “Erməni soyqırımı”nı tanımır
Parisdə fransız dilində nəşr olunan gündəlik "Ermənistan xəbərləri ("Les Nouvelles d’Armenie") qəzetində "Karl Bildt: İsveç erməni soyqırımını tanımır" sərlövhəli məqalə dərc edilib.
Məqalədə bildirilir ki, İsveçin xarici işlər naziri Karl Bildt ölkənin Liberal Xalq Partiyasının deputatı Sesila Uikstromun qondarma "erməni soyqırımı" ilə bağlı ona göndərdiyi suala münasibət bildirərək deyib ki, İsveç "erməni soyqırımı"nı tanımır.
Nazir deputata cavabında bu məsələnin araşdırılmasının siyasətçilərin deyil, tarixçilərin işi olduğunu bildirib. Bir çox avropalı həmkarları kimi, erməni lobbisinin güclü təsiri altına düşmüş və müəyyən hallarda onlardan dəstək almış bu xanım deputat 1987-ci ildə Avropa Parlamentinin "erməni soyqırımı"nı tanıdığını və bir çox ölkələrin də Avropa Parlamentinin yolu ilə getdiyini nazirin yadına salmaqla özünü ifşa edib.
İsveçin xarici siyasət idarəsinin rəhbəri isə deputata xatırladıb ki, "soyqırımı"n tanınması ölkə üçün arzuolunmaz problem yarada bilər və 1915-ci il hadisələrinə başqa don geydirən qrupları pis vəziyyətdə qoyar. Nazir daha sonra qeyd edib ki, əgər 1915-ci ildə belə hadisə baş vermişdirsə, bu gün Türkiyə uzaq keçmişə görə məsuliyyət daşımır və "soyqırımı" məsələsinin heç bir hüquqi əsası yoxdur.
Bu cavab İsveç Erməniləri Assosiasiyasının katibi Vahan Avedyanı əməlli-başlı qəzəbləndirib. Hətta nazirə bu məsələdə irad tutmaqdan çəkinməyən V.Avedyan "soyqırımı"n heç də ümumi məsələ olmadığını, Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına görə beynəlxalq cinayət xarakteri daşıdığını və İsveçin də həmin konvensiyanı imzaladığını bildirib. Amma özündən müştəbeh "araşdırıcı" bilərəkdən "erməni soyqırımı"nı BMT Konvensiyasında göstərilən soyqırıma calamağa səy göstərir. Halbuki, qondarma "erməni soyqırımı" ilə konvensiyada yer almış soyqırımı tamamilə fərqli məsələlərdir.
Nazirin "erməni soyqırımı"na belə sərt münasibətindən "sidq ürəkdən" təəccüblənmiş aktyor katib Karl Bildtin "soyqırımı" ilə bağlı həqiqəti üzə çıxaracağı təqdirdə onu alqışlayacağını həyasızcasına bildirmiş, "erməni soyqırımı"nı tanımamasını nazirə "böyük irad" tutaraq "Türkiyəni müdafiə etmək İsveçin xarici işlər nazirinin işi deyildir" deməkdən belə çəkinməyib.
Həmvətənlərinin artıq köhnəlmiş havasını tutuquşu kimi təkrar etməkdən yorulmayan V.Avedyan bir məsələni bilərəkdən yaddan çıxarmışdır ki, ermənilər tərəfindən uydurulmuş "soyqırımı" olmadığı təqdirdə isveçli nazir hansı həqiqəti üzə çıxara bilər.

Digər xəbərlər