PDF Oxu

Araşdırma

  • 9

Aclıq, səfalət Ermənistan ordusunun dağılmasına gətirib çıxarıb

Aclıq, səfalət Ermənistan ordusunun dağılmasına gətirib çıxarıb

Son vaxtlar Ermənistan ordusundan Azərbaycan tərəfə keçən hərbçilərin sayı artmaqdadır. Erməni əsgərlərinin bizim tərəfə keçməsinin səbəbi nədir? Bu və ya digər suallarımızla müsahiblərimizə müraciət etdik.

Musa Qasımlı,
tarixçi-alim:


-Azərbaycan torpaqlarının 20%-ni işğal edən və təbii sərvətlərinə yiyələnən Ermənistan iqtisadi cəhətdən işğala qədərki dövürlə müqayisədə daha yaxşı yaşamalı idi. Amma Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğalı Ermənistanda əhalinin yaxşı yaşamasına səbəb olmalı idi. Əhali adıçəkilən ölkədən köçüb gedir və orduda fərarilik artır, qarşıdurma güclənir. Bəs bunun səbəbi nə idi? Fikrimcə, bütün bunların hamısı Ermənistanda gedən sosial, iqtisadi, siyasi və mənəviyyat böhranının təzahürüdür. Ermənistanda indiki hakimiyyət, ölkəni süngi ilə idarə edir və öz vətəndaşlarına qarşı zor tətbiq edir. Ermənistan ordusu indiki halda ac-yalavac vəziyyətdədir. Ölkədə özbaşınalıq hökm sürür və bütün bunlar orduda xidmət edən əsgərlərin cana doymasına gətirib çıxarır. Bu səbəbdən də əsgərlər Azərbaycan torpaqlarını seçib bizim tərəfə keçirlər. Bu hadisələrin gedişi onu göstərir ki, Ermənistanda böhran getdikcə dərinləşəcək və bu da ölkədə repressiyaların tətbiqini, rejimin sərtləşməsini gücləndirəcəkdir.

Araz Əlizadə,
ASDP-nin həmsədri:

- Ermənistan ordusunun vəziyyəti çox acınacaqlıdır. Ona görə də, həmin ordunun əsgərləri Azərbaycan tərəfini seçib, bizim torpaqlara keçirlər. Onlar düşünürlər ki, əgər bizim tərəfdə olsalar, özlərinə bir gün ağlaya bilərlər, yəni, özlərinə daha yaxşı həyat şəraiti qura bilmək imkanı tapa bilərlər. Bütün bu proseslər onu göstərir ki, ordusu pis vəziyyətdə və acınacaqlı halda olan bir dövlətin sonu yoxdur. Ermənistan əsgərlərinin bizim tərəfə keçməsi onu göstərir ki, onlar Azərbaycan dövlətinin qüdrətinə daha çox inanırlar və öz torpaqlarından qaçaraq bizə sığınırlar. Bu da onu sübut edir ki, Azərbaycan Respublikası hər cəhətdən güclü dövlətdir.

Digər xəbərlər