PDF Oxu

Araşdırma

  • 10

Konstitusiya Məhkəməsinin hakiminə “Şöhrət” ordeni təqdim edilib

Konstitusiya Məhkəməsinin hakiminə “Şöhrət” ordeni təqdim edilib
Məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilib. İyunun 3-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ali dövlət mükafatını Ələddin Sultanova təqdim edib.
F.Abdullayev bildirib ki, ömrünün 50 ilindən çoxunu ölkəmizdə hüquq sisteminin inkişafına həsr edən Ələddin Sultanov bu müddətdə səmərəli fəaliyyəti ilə bütöv bir hüquqşünas nəslinə örnək olub. Onun məhkəmə-hüquq sahəsində zəngin təcrübəsi vardır. Bu təcrübəni o, gənc həmkarları ilə həvəslə bölüşür. Üçüncü dərəcəli ədliyyə müşaviri Ə.Sultanovun əməyi yüksək qiymətləndirilib. Dövlətimizin başçısının sərəncamları ilə 2003-cü ildə "Tərəqqi" medalı, ötən il isə ali dövlət mükafatı - "Şöhrət" ordeni ilə təltif olunub. Əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıq edən Ə.Sultanov ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi müasir müstəqil Azərbaycana bundan sonra da ləyaqətlə xidmət edəcəyini vurğulayıb. Sonda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmənin əməkdaşlarına göstərilən böyük diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirib.

Digər xəbərlər