PDF Oxu

Araşdırma

  • 9

“Azərbaycanda təhsil islahatları - keyfiyyətin yüksəldilməsinə doğru”

“Azərbaycanda təhsil islahatları - keyfiyyətin yüksəldilməsinə doğru”
Əhalinin savadlılıq dərəcəsinin 100 faiz göstəricisi ilə tanınan güclü təhsil sistemi, Azərbaycanın keçmişindən qalan əhəmiyyətli miras kimi özünü büruzə verir. 1991-ci ildə Sovet İttifaqının dağılması keçid dövrünün çətinliklərinə gətirib çıxartdı və ölkənin iqtisadi, sosial və siyasi inkişafına təsir edərək bir sıra boşluqlar yaratdı. Həmin dövrdə Azərbaycan əhalinin istəyinə müvafiq olaraq öz müstəqilliyini qurmaq üçün yeni modellər yaratmaq niyyətində idi.
Təhsil sistemi ötən dövrün çərçivəsindən kənara çıxaraq gözlənilən dəyişikliyə uyğunlaşmalı idi. Təəssüf ki, həmin dövrdə davam edən siyasi boşluq nəticəsində bütövlükdə sistem kəskin böhrana sürüklənmişdi. Buna baxmayaraq, Azərbaycan, müstəqilliyi dövründə, müxtəlif təhsil islahatları tərtib etmiş və bu sahədə üzləşdiyi çətinliklərin bir neçəsini aradan qaldırmışdır. Bununla belə, təhsil sektorunda maliyyə resurslarının çatışmazlığı ucbatından ciddi boşluqlar var idi. Eyni zamanda, institusional bacarıqların məhdudiyyəti nəticəsində təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına və təhsilin hamı üçün müyəssərliyi baxımından təkmilləşməyə ehtiyac yaranmışdır.
Bir çox maneələri aradan qaldırmaq üçün böyük maliyyə resursları, həmçinin, təhsil sistemində həm əhali, həm də ölkənin faydalana biləcəyi dəyişiklik etmək istiqamətində məlumatın artırılması və müsbət mövqenin yaradılması tələb olunur. Buna görə də, təhsilin ümumi yüksək keyfiyyətinə, hamı üçün müyəssərliyinə və yaxşı bünövrəsinə xələl gətirmədən resursları səfərbər etmək üçün müxtəlif yolların araşdırılması çox vacibdir.
Təhsil sistemi rəqabət etmək iqtidarında olan səriştəli və mahir insan kapitalı yaratmalı olduğuna görə, həyatı boyu öyrənmək və məktəbdən kənarda qalmış uşaqlar və böyüklərin məsələləri ilə məşğul olmaq işlərinə mühüm bir ehtiyac kimi baxılmalıdır. Nəticə etibarilə, bu problemlər bütün şagirdlərin və tələbələrin təhsildə nailiyyətlərini artırmaq və ümumi təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün təlim və tədrisdə dəyişiklik edilməsini tələb edir. Azərbaycan hökuməti artıq bu ehtiyacı tanıyır və hamı üçün keyfiyyətli təhsili təmin etmək məqsədilə fiziki, maliyyə və insan resurslarını daha səmərəli istifadə etməyə, həmçinin, əhalinin daha münasib həyat yaşamaq istəyinə cavab verməyə kifayət qədər potensialı vardır.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyindən daxil olan məlumata görə, nümayəndəlik, BMT-nin Uşaq Fondu (UNİSEF), Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli QHT Forumu ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycandakı təhsil sisteminin qarşısında duran maneələri, keyfiyyətli təhsilin həyata keçirilməsindəki tərəqqini daha dərindən öyrənmək və müzakirə etmək üçün Mingəçevirdə dəyirmi masa keçirəcək. Bu dəyirmi masa hökumət rəsmilərini, millət vəkillərini, müəllim və tərbiyəçiləri, BMT agentliklərinin və medianın nümayəndələrini bir ayara gətirəcək.
Qeyd edək ki, Mingəçevirdə keçiriləcək bu tədbir, Minilliyin İnkişaf Məqsədlərinə (MİM) həsr edilmiş və 2009-cu il ərzində hökumət, QHT tərəfdaşları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində BMT-nin müxtəlif agentlikləri tərəfindən təşkil edilməsi nəzərdə tutulan doqquz dəyirmi masadan üçüncüdür.

Digər xəbərlər