PDF Oxu

Araşdırma

  • 9

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Mayın 29-da iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, iclasda iqtisadi, regional, humanitar əməkdaşlıq, sərhədlərin delimitasiyası, müqavilə-hüquqi bazanın təkmilləşdirilməsi, investisiyaların qarşılıqlı qorunması üzrə ikitərəfli münasibətlərə dair 30-a yaxın məsələ müzakirə ediləcək. İclasda Azərbaycan və Rusiya arasında iqtisadi sahədə strateji əməkdaşlıq planlarının həyata keçirilməsinin sürətləndirilməsi ilə əlaqədar məsələlərin də nəzərdən keçiriləcəyi gözlənilir.

Digər xəbərlər