PDF Oxu

Araşdırma

  • 6

Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu

Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu
Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, Madrid şəhərində Avropa Şurasının Katibliyi ilə İspaniyanın Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunan Avropa Şurasının "Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu" layihəsi üzrə Milli Müəlliflərin 8-ci İllik Görüşündə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib.
Sözügedən tədbirlərin iştirakçıları qismində İspaniya Mədəniyyət Nazirliyinin və Avropa Şurası Katibliyinin, müqayisəli Mədəni Tədqiqatlar ERİKarts Avropa İnstitutunun rəsmiləri Avropa Şurası iştirakçı-dövlətlərinin Milli Müəllifləri və digərləri çıxış edib.
Tədbir zamanı, Avropa Şurasının, ERİKartsın və Müəlliflər İcmasının İllik hesabatları dinlənildi, yeni "onlayn" sisteminin təqdimatı keçirildi, 2009-cu il üçün Kompendiumun məzmunu yeni çağırışlara cavab vermək məqsədilə yenidən baxıldı, Avropa Şurası ölkələrində mədəniyyət siyasəti məsələləri və prioritetləri, mədəni qanunvericilik, dövlət və özəl maliyyə mənbələri, mədəni təsisatlar və yeni partnyorluq, yaradıcılığın dəstəklənməsi, mədəni iştiraka dair siyasət, proqramlar, statistika, mədəniyyət siyasətində etika və insan hüquqları kimi yeni ölçülərin axtarışı aparıldı, layihənin inkişaf planı və maliyyə strategiyası müzakirə edildi.
Bütün bunlar göstərir ki, müasir Avropada mədəniyyət siyasəti daim inkişafda olaraq mədəniyyət və incəsənətin bütün sahələrini əhatə edir və hər hansı bir problemin həll edilməsi üçün konkret vasitələr və "nouhau"lar istehsal etməkdədir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, müsbət beynəlxalq təcrübədən bəhrələnərək, milli qeyri-maddi mədəni irsin dəstəklənməsi, park-klub sisteminin dirçəldilməsi istiqamətlərində müasir mexanizmlərin işə salınması və məsələ ilə əlaqədar lazımi tədbirlərin görülməsini nəzərdə tutub.

Digər xəbərlər