“Müstəqil dövlətçiliyimizin banisi”
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı "Yeni Azərbaycan" qəzeti "Müstəqil dövlətçiliyimizin banisi" adlı xüsusi buraxılış hazırlayıb. On altı səhifəlik rəngli formatda və yüksək keyfiyyətli kağızda çap olunmuş xüsusi buraxılışda ulu öndərin titanik fəaliyyətindən bəhs edən məqalələr yer alıb, həyat və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən məqalələr və şəkillər verilib.
Xüsusi buraxılışda "Ümummili lider Heydər Əliyev 40 il əvvəl Azərbaycanın inkişafının təməlini qoymuşdu", "Azərbaycan dövlətçiliyinin xilaskarı", "1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran məngənəsindən çıxarılaraq, iqtisadi inkişaf yoluna qədəm qoydu", "Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur", "Milli maraqlara söykənən xarici siyasət strategiyası", "Ulu öndər Heydər Əliyevin neft strategiyası Azərbaycanın inkişafında yeni mərhələ açdı", "Heydər Əliyev siyasi strategiyasında mədəniyyət amili", "Qadının cəmiyyətdəki rolunun əhəmiyyətli dərəcədə artmasında ulu öndər Heydər Əliyevin fəaliyyətinin çox böyük rolu olub", " Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmirdi", "Azərbaycanda milli təhsil sisteminin formalaşmasında Heydər Əliyevin rolu" və "Ənənəvi siyasi kurs - yeni idarəetmə texnologiyası - möhkəm əsaslara malik dövlət" başlıqlı məqalələr öz əksini tapıb. Nəfis tərtibatda çap edilmiş xüsusi buraxılışın son səhifəsində isə ulu öndər Heydər Əliyevin ailə şəkilləri yer alıb.
Xüsusi buraxılış "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun redaktorluğu ilə işıq üzü görüb.