PDF Oxu

Araşdırma

  • 11

“Səs” qəzetinin “Xalqa həsr edilmiş ömür” adlı xüsusi buraxılışı çapdan çıxıb

“Səs” qəzetinin “Xalqa həsr edilmiş ömür” adlı xüsusi buraxılışı çapdan çıxıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə "Səs" qəzeti "Xalqa həsr edilmiş ömür" adlı xüsusi buraxılış hazırlayıb. 24 səhifəlik rəngli formatda və yüksək keyfiyyətli kağızda çap olunmuş xüsusi buraxılışda bir çox maraqlı məqalələr yer alıb. Buraxılışda ümummilli liderin həyatının bütün sahələrini əhatə edən məqalələr və şəkillər verilib.
"Azərbaycanı yeni inkişafa aparan ideyalar", "Daim Azərbaycan naminə çalışan şəxsiyyət", "Milli maraqlara əsaslanan xarici siyasət kursu", "Heydər Əliyev yolu- Milli inkişafımızın məhək yolu", "Demokratik inkişafın banisi", "Böyük quruculuq dövrünün başlanması", "Azərbaycanın fəxri", "Naxçıvandan başlanan qurtuluş mübarizəsi", Heydər Əliyev və Yeni Azərbaycan Partiyası", "Qurtuluş", "Neft strategiyası", "Siyasi varisik", başlıqlı yazılarda Heydər Əliyevin bütün fəaliyyəti, mənalı ömrü və xalqın, dövlətin yüksəlişi yolunda apardığı fədakar mübarizədən söz açılır. "Böyük ömrün unudulmaz anları" başlıqlı səhifələrdə Heydər Əliyevin ailəsi ilə birgə çəkdirdiyi şəkillər, işdənkənar həyatının maraqlı anlarını əks etdirən fotolar dərc olunub. Fotolar bölməsində ulu öndərin dünyanın məşhur liderləri, tanınmış xadimlərlə ilə birgə çəkilmiş şəkillər da yer alıb. Xüsusi buraxılışın sonuncu səhifəsi "And yerimiz" başlığı ilə ümummilli liderin Fəxri Xiyabandakı qəbirüstü abidəsinin şəkli çap olunub. Qeyd edək ki, xüsusi buraxılışın rəhbəri "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyevdir.

Digər xəbərlər