PDF Oxu

Araşdırma

  • 7

İnsan alverinə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək

İnsan alverinə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək
Dünən Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəməsinin növbəti Plenumu keçirilib. Plenumda ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov iştirak edib. Ali Məhkəmənin sədri iclası açaraq qanunun aliliyini və məhkəmə hakimiyyətində şəffaflığın, insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə insan alverinə qarşı mübarizə sahəsində məhkəmələrin gördüyü işlərdən danışıb.
Qeyd edib ki, insan alverinin qarşısının alınması üçün onu doğuran səbəblər aradan qalxmalıdır. Bu baxımdan məhkəmələrin üzərinə də böyük vəzifələr düşür. Məhkəmələrdə işə baxılarkən qanunun aliliyi qorunmalı, işdə cinayət tərkibi olduğu təqdirdə hökm çıxarılmalıdır.
Plenumda insan alveri cinayətlərinə dair 2006-2007-ci illərdə məhkəmələrdə baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Bildirilib ki, insan alveri ilə bağlı cinayət əməlləri Azərbaycan xalqının milli mənəviyyatına, əxlaqına yad olmaqla, keçid dövrünün və qloballaşma proseslərinin mənfi nəticələrindən biridir.
Törədilmə məkanına görə insan alveri cinayəti bir neçə dövlətin ərazisini əhatə edir və müasir cəmiyyət üçün daha çox ictimai təhlükəli əməl hesab edilir. Milli fəaliyyət planı üzrə tədbirlərə müvafiq olaraq insan alveri ilə bağlı cinayətlərə qarşı mübarizəyə dair Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr nəzərə alınmaqla bu sahədə milli qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar mühüm addımlar atılıb. Vurğulanıb ki, insan alveri cinayətlərinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilməlidir. Plenumda Bakı Hərbi Məhkəməsində 2008-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat dinlənilib. Plenum konkret cinayət və mülki işlərə də baxmışdır. Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edib.

Digər xəbərlər