PDF Oxu

Araşdırma

  • 8

HEYDƏR ƏLİYEV FONDU MARNEULİDƏKİ HUMANİTAR UNİVERSİTETİN KİTABXANASINA 100-DƏK KİTAB HƏDİYYƏ EDİB

HEYDƏR ƏLİYEV FONDU MARNEULİDƏKİ HUMANİTAR UNİVERSİTETİN KİTABXANASINA 100-DƏK KİTAB HƏDİYYƏ EDİB
Heydər Əliyev Fondunun göndərdiyi 42 adda 100-dək kitab Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzindəki Heydər Əliyevin adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin kitabxanasına hədiyyə edilib. Azərbaycan, gürcü, ingilis və rus dillərindəki kitablar Azərbaycan-Gürcüstan münasibətlərindən, Dağlıq Qarabağ müharibəsinin ağrı-acılarından bəhs edir.
Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gürcüstanlı soydaşlarımıza göstərdiyi qayğıdan, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza doğma münasibətinin Azərbaycan rəhbərliyi tərəfindən davam etdirilməsindən danışmış, qiymətli töhfəyə görə Fonda təşəkkür edib. Universitetin rektoru Novruz Bayramov Heydər Əliyev Fondunun universitetə hədiyyəsinə, qayğı və diqqətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Səfir Namiq Əliyev Marneuli rayonunun Alget kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan məscid binasında işlərin gedişi ilə tanış olmuş, yerli əhali ilə görüşüb.

Digər xəbərlər