Dövlət hər zaman söz və mətbuatın azadlığının inkişafına xüsüsi diqqət ayırıb və bu sahəyə qayğı göstərilib. Bu dəstəyin nəticəsi olaraq Azərbaycan mətbuatı nəinki Cənubi Qafqazda, ümumiyyətlə, MDB, Avropada ən aparıcı azad, müstəqil mətbu orqanına çevrilib. Bildiyimiz kimi, ölkə Prezdenti cənab İlham Əliyevin sərəncamı ilə mətbuatın inkişafına dövlət dəstəyi fondu yaradılmasında Azərbaycanın kütləvi informasiya vasitələrinə olan növbəti diqqəti və qayğısı kimi dəyərləndirmək olar. Bu və ya digər sualarla mətbuat nümayəndələrinə müraciət etdik.
Vüqar Rəhimzadə, "İki Sahil" qəzetinin baş redaktoru:
-Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını çox yüksək qiymətləndirirəm. Dövlətimiz daim azad mətbuatın inkişafına diqqət və qayğı göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Fərmanı bütövlükdə mətbuatımızın daha da inkişafı üçün xüsusi önəm kəsb edən bir sənəddir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatına diqqət və qayğısı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu fərmanın imzalanması mətbuatın istər iqtisadi imkanlarının daha da yüksək səviyyəyə çatdırılmasına, istərsə də bütövlükdə redaksiyaların texniki bazasının yaxşılaşdırılmasına xidmət edəcək.
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Fərmanı azad mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Fond büdcə vəsaiti hesabına fəaliyyət göstərəcək. Bu isə mətbuatın cəmiyyətdə nüfuzuna, roluna öz müsbət təsirini göstərəcək. Maliyyə yardımlarının verilməsi KİV-in maddi-texniki bazasının daha da gücləndirilməsinə, jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına geniş imkanlar açacaq.
Bu sənədi çox yüksək qiymətləndirirəm. Nizamnamədə də qeyd olunduğu kimi fond, 3 KİV, 3 jurnalist təşkilatı və 3 dövlət qurumunun nümayəndələrinin təmsilçiliyi ilə formalaşacaq Müşahidə Şurasının, eləcə də şuranın tərkibindən sədr və müavinlərin seçilməsi, daha sonra işlərin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycan mətbuatında mühüm hadisədir.
Qeyd etdiyim kimi, ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Fərmanı bütövlükdə mətbuatımızın daha da inkişafı üçün xüsusi önəm kəsb edən bir sənəddir.
Şübhəm yoxdur ki, dövlət büdcəsindən mətbuata ayrılan bu vəsaitin bölgüsündə ədalətlilik və şəffaflıq prinsipləri tam təmin olunacaq və fondun yaradılması mətbuatda mövcud olan bir sıra neqativ halların aradan qaldırılmasını sürətləndirəcəkdir. Düşünürəm ki, ən başlıcası obyektivlik, dövlətçilik mövqeyinin, milli maraqların qorunmasını fəaliyyətinin əsas istiqamətinə çevirən mətbu orqanlar bu yardımlardan lazımi səviyyədə bəhrələnəcəklər.
Rəşad Məcid, "525"-ci qəzetin baş redaktoru:
-Mən bu fondun yaradılmasını çox müsbət qiymətləndirirəm. Azərbaycan kütləvi informasiya vasitələrinin yazılı mətbuatının iqtisadi vəziyyəti bir o qədər də ürəkaçan deyil. Bu baxımdan da il yarımdır ki, Azərbaycan Mətbuat Şurasının müxtəlif ekspertlərilə bir yerdə mətbuata dövlət dəstəyi barədə sənəd üzərində iş görülərək proqram qəbul olunub. Mən hesab edirəm ki, bu fondun yaradılması nəticəsində Azərbaycan KİV-lərinə dövlətin dəstəyi real olacaq və yaxın aylarda mətbuat orqanlarına bölünəcək. Dövlətin dəstəyi ilə KİV-lərimiz iqtisadi çətinliklərə baxmayaraq daha da yaxşı inkişaf edəcəy.
Azərbaycan mətbuatında bir çox problemlər məhz iqtisadi vəziyyətin çətinliyi ilə bağlıdır. Bir neçə qəzetimiz maliyyə problemləri ucbatından ölkənin bir sıra problemlərindən, məsələlərindən diqqət ayıra bilmirlər. Regonlarda baş verən proseslərə, KİV-in diqqətindən kənar qalır, ekologiya, mədəniyyət, tariximiz ilə bağlı bir sıra məsələlərə yer ayırmaq iqtisadi çətinlik ucbatından çətinləşir. Bu baxımdan belə fondun yaranması və lahiyələrə dəstək olması sayəsində mətbuatımızda xeyli yeniləşmənin şahidi olacağıq.