PDF Oxu

Araşdırma

  • 10

Mübariz Əhmədoğlu:“Sərhədlərin açılması Türkiyənin xəyanəti kimi qiymətləndirilə bilər”

Mübariz Əhmədoğlu:“Sərhədlərin açılması Türkiyənin xəyanəti kimi qiymətləndirilə bilər”
Dünən RİA-nın akt zalında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. Konfransda M.Əhmədoğlu martın 18-də keçiriləcək referendum, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yollarındakı irəliləyişlər və Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı fikirlərini bildirib.
M.Əhmədoğlu daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı bildirib ki, 15 ildən artıq aparılan danışıqlarda kifayət qədər irəliləyişlər var. Artıq dünya dövlətlərinin əksəriyyəti, xüsusilə, dünyada böyük nüfuza malik olan ölkələr Azərbaycanın mövqeyini dəstəkləyir. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən irəli gəlir. Bizə qarşı sərt və ermənipərəst mövqedən çıxış edən bəzi respublikaların, eləcə də, Fransanın artıq bu münaqişənin həllinə olan münasibətinin yumşaldığının şahidi olduq: "Ermənistanın apardığı işğalçı siyasətin nəticələri göz önündədir və bu işğalçı siyasət dünya dövlətlərində ona qarşı mənfi münasibət yaranmasına gətirib çıxarır. Ermənistan çox zəif və uğursuz siyasət yürüdən ölkədir. Ermənistan dövlətinin daxili və xarici siyasəti onların hər gün daha da zəifləməsinə səbəb olur."
Fikrini Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirməklə davam etdirən M.Əhmədoğlu qeyd etdi ki, Türkiyə-Ermənistan sərhədlərin açılması hazırda müzakirə predmeti deyil. Ermənistanın özündə də Türkiyə ilə sərhədlərinin açılmasını istəməyənlər var. Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir və qardaş, dost, ölkə kimi bizim ölkəmizin yanında olub: "İnanıram ki, Ermənistanla-Azərbaycan arasında olan münaqişənin həllində bizi dəstəkləməklə, öz mövqeyini qəti bildirən Türkiyə Cümhuriyyəti heç vaxt fikrindən dönməyəcək və sərhədlərin açılmasına yol verməyəcək".
M.Əhmədoğlu, həmçinin, jurnalistlərin digər suallarını da cavablandırdı.

Digər xəbərlər