PDF Oxu

Araşdırma

  • 9

Azərbaycanlılar Rusiyada problemlə üzləşməyəcəklər

Azərbaycanlılar Rusiyada problemlə üzləşməyəcəklər

Bildiyimiz kimi, Rusiyanın hakim dairələri ilk öncə rusların iş yerləri ilə təmin olunmasının vacibliyini qeyd edirlər. Təbii ki, bu da miqratların, o cümlədən, Rusiya Federasiyasında yaşayan azərbaycanlıların ciddi problemlərlə üzləşməsinə səbəb olub. Ümumiyyətlə, bu, gələcəkdə hansısa sosial problemlərə səbəb olacaqmı? Bu və ya digər suallarımızı millət vəkilləri cavablandırıb.

Cəmil Həsənli, millət vəkili:

- Xarici ölkə vətəndaşı olan bir insan gəlib Azərbaycanda iş tapa bilirsə və bununla dolana bilirsə, azərbaycanlılar niyə başqa xarici ölkələrə getməlidir? Azərbaycan da üstünlüyü öz vətəndaşına verməlidir, yəni, əgər yeni iş yeri açılırsa, ilk növbədə, bu iş yerlərindən ölkə vətəndaşları faydalanmalıdır. İkinci bir tərəfdən bu, gec-tez olmalıdır, yəni hər hansı böhranlı vəziyyət yarananda dövlətin borcudur ki, ilk növbədə, öz vətəndaşlarının dolanışığını təmin etsin və burada hər hansı xoşa gəlməyən bir qəbahət görmürəm. Ona görə ki, əgər dövlət öz vətəndaşını təmin edirsə, burda pis bir şey yoxdur.
Rusiya yaşayan azərbaycanlılar üç təbəqəyə bölünüb. Birincilər Rusiyada vətəndaşlığı qazanmış azərbaycanlılardır. Onların bununla bağlı heç bir problemi yoxdur. İkincilər sənədləri qaydasında olan həmvətənlərimizdir ki, onlar Rusiyada yaşayıb işləmək icazəsi olan vətəndaşlardır. Üçüncülər isə gizlin yaşayan, yəni sənədləri qaydasında olmayan Azərbaycan vətəndaşlarıdır.
Amma gəlin bir şeyi yaddan çıxarmayaq ki, bu gün Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılıb və insanların işləməsi üçün hər bir şərait yaradılıb.  Ona görə də Rusiyada yaşayan azərbaycanlılar ölkəyə qayıdarlarsa onlar üçün iş tapmaq problem olmayacaq.

Fazil Qəzənfəroğlu, millət vəkili:

- Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması istiqamətində ciddi addımlar atılmalıdır. İndi Azərbaycan hökuməti Rusiya rəsmiləri ilə müəyyən danışıqlar apararaq çalışmalıdır ki, bu məsələdə daha çox azərbaycanlıların hüquqlarını qorumağa nail olsun. Çünki Rusiya bizim üçün, həqiqətən də, strateji cəhətdən vacib bir ölkədir. Biz Rusiya ilə münasibətləri pozmamağa, həm də problemləri həll etməyə nail olmalıyıq. Məncə, bu halda, heç bir emiqrant problem yaşamaz. Azərbaycanlılar orada, Rusiya qanunlarına tabedirlər. Heç bir emiqrantla bağlı narahatçılığın üçün məncə, əsası yoxdur. Mən inanıram ki, bu problemlər tez bir zamanda öz həllini tapacaq.

Digər xəbərlər