PDF Oxu

Araşdırma

  • 13

Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsinin şərt kimi qalıb-qalmadığına aydınlıq gətirmədi

Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsinin şərt kimi qalıb-qalmadığına aydınlıq gətirmədi
Siyasi şərhçilər, ekspertlər 2009-cu ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həlledici mərhələ olacağını qeyd edirlər. Bunun üçün kifayət qədər münbit şəraitin və zəminin olduğu vurğulanır. Yalnız 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bir neçə dəfə iki və ya üçtərəfli görüşlər, danışıqlar aparılıb. Rusiya prezidenti Vladimir Medvedevin iştirakı ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən Dağlıq Qarabağla bağlı birgə bəyənnamə imzalamışdır. Bütün bunlar münaqişənin 2009-cu ildə həll ediləcəyinə ümidləri artırır. ATƏT-in Parlament Assambleyasının sözçüsü Qoran Lenmarkerin "Dağlıq Qarabağ münaqişəsi bir neçə həftəyə həllini tapa bilər" fikirləri də ümidlərin heç də əsassız olmadığını ortaya qoyur. Eyni zamanda, problemin nizamlanmasında, Türkiyənin son vaxtlar göstərdiyi yüksək fəallıq da azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmalarının heç də uzaqda olmadığını deməyə əsas verir. Amma acı təəssüf hissi doğuran məsələ ondan ibarətdir ki, münaqişənin həll olunması reallığa yaxın olduğu zamanda Türkiyə müəmmalı mövqe tutur. Bir sıra yerli və xarici KİV-lərin verdiyi məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edən Türkiyə təmsilçilərindən birisi tərəfindən Yerevana qarşı irəli sürülən şərtdən imtina edildiyi ifadə olunub. "Türkündəm.net" saytı "Azadlıq" radiosunun Ermənistan xidmətinə istinadən yaydığı xəbərə görə, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması üçün Dağlıq Qarabağla bağlı şərtdən imtina edilib. Yalnız 1915-ci il olaylarına görə, Ermənistan və Türkiyə tarixçilərindən ibarət komissiyanın yaradılması şərti irəli sürülüb. Yayılan bu məlumat haqlı olaraq Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıq yaradır. Məsələyə Türkiyə rəsmilərinin konkret cavab verməməsi ortada şübhəli məqamların olduğunu deməyə əsas verir. Məlumatın yayılmasından sonra Türkiyənin Azərbaycandakı səfiri cəbhə bölgəsinə səfər etdi. Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Burakı Özgüg diplomatiksayağı qeyri-müəyyən açıqlamalarla çıxış etdi. Türkiyə prezidenti Abdullah Gül isə Rusiyaya səfər etməyə üstünlük verdi. Prezident Moskva səfəri zamanı da məlumata aydınlıq gətirməyə cəhd göstərmədi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə məsələyə münasibəti olsa da konkret fikirlərin ifadə olunmaması "torpada pişik" olduğunu göstərir. Cənab R.T.Ərdoğan bu xəbərlərin Azərbaycanın daxilindəki bəzi qrupların öz siyasi məqsədi üçün yaydıqlarını bildirib: "Belə bir şey söhbət mövzusu deyil. Biz Azərbaycanın rəsmi mövqeyini bölüşən ölkəyik və indiyə qədər də bu mövqeyin arxasında dayanmışıq. Qarabağ məsələsində Azərbaycanın haqlılığı bəllidir və bu, BMT qərarlarında da əksini tapıb". R.T.Ərdoğan o fikri də qeyd edib ki, Türkiyənin Qarabağ məsələsi ilə bağlı mövqeyi Azərbaycanın rəsmi mövqeyindən fərqlənmir: "Biz mövqeyimizi bərabər müəyyənləşdirmişik və bugünə qədər eyni istiqamətdə davam etdirməkdəyik". Bir sözlə, R.T.Ərdoğan yayılan məlumatı konkret cavablandırmayıb. Təbii ki, bu da müəyyən şübhələrin yaranmasına gətirib çıxarıb. Azərbaycan ictimaiyyəti bilmək istəyir: "Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğu müddətdə Türkiyə Ermənistanla sərhədi açacaq, yoxsa yox?" Necə ki, işğal faktı var, Türkiyə Ermənistanla diplomatik, iqtisadi-ticarət əlaqələri quracaq, yoxsa yox? Qeyd etmək yerinə düşər ki, Türkiyə Azərbaycanla bağlı, xüsusilə də, Dağlıq Qarabağ ətrafında aparılan danışıqlara, keçirilən görüşlərə bütün hallarda dəstək verib. Rəsmilərin iştirakçısı olduqları toplantılarda Dağlıq Qarabağ işğaldan azad edilməyəcəyi təqdirdə, Ermənistanla sərhədlərin açılmayacağı bəyan edilib. Amma hazırkı proseslər onu deməyə əsas verir ki, 1991-ci ildən pafoslu bəyanatlar, sərt mövqelər sərgiləyən Türkiyə Qərbin təzyiqləri nəticəsində çaş-baş durumla üzləşib. Yayılan məlumatlara inansaq, belə bir fakt mövcuddur ki, Türkiyə Qərbdən Avropa Birliyinə daxil olmaq və qondarma erməni soyqırım iddialarına son qoyulacağı vədləri alıb. Amma bu vədlərin reallığa çevrilə biləcəyi inandırıcı deyil. Çünki onillər ərzində ermənilər xaricdəki havadarları vasitəsilə türklərlə münasibətlər qurmaq niyyətində olduqlarını çatdırmağa çalışıblar. Bu jestlərin həyata keçirilməsinə yaxın olunduğu zaman isə ermənilər əsil niyyətlərini büruzə veriblər. Necə ki, ASALA erməni terror təşkilatı PKK lideri Abdullah Öcalanla iş birliyi quraraq, 1989-1991-ci illərdə Türkiyənin şimalında kütləvi terror aktları həyata keçirdi. Dəfələrlə erməni soyqırımı məsələsinin qaldırılmayacağı qeyd olunsa da, son nəticədə ayrı-ayrı xarici ölkələrin parlamentlərində qondarma soyqırım məsələsi müzakirələrə çıxarıldı. Qısası erməniyə etibar etmək azğın canavarla səhrada yol getməyə bənzəyər. Söz yox ki, Ankaranın mövqeyində 180 dərəcə dəyişiklik Azərbaycanın, eləcə də, türk dünyasının maraqlarına zərbə vurmaq, dost-qardaş münasibətlərinə xələl gətirməklə yanaşı, haqq-ədalət prinsipini pozmaq deməkdir.

Digər xəbərlər