PDF Oxu

Araşdırma

  • 10

Lalə Hacıyeva Əvəz Temirxanı ALP-dən qovmağa hazırlaşır

Lalə Hacıyeva Əvəz Temirxanı ALP-dən qovmağa hazırlaşır
Lalə Hacıyeva isə ALP-nin sədr əvəzi "MBH" liderinin göstərişi ilə oturub-duran Əvəz Temirxandan bezib. L.Hacıyeva ALP-nin sədr əvəzi ona xəyanət etməkdə suçlayır. Belə ki, "MBH"-nin lideri Ə.Temirxanı düşmənləri olan AXCP (i) sədri Əli Kərimovla, Müsavat başqanı İsa Qəmbərovla gizli əməkdaşlıq etməkdə ittiham edir. Yəni Ə.Temirxanın "bəylərlə" L.Hacıyevadan xəbərsiz "əməkdaşlığı" "MBH" liderini bərk qəzəbləndirib. L.Hacıyeva "Ə.Temirxan mənim çörəyimi yeyib, indii də mənə xəyanət edir. O, mənim əzəli və əbədi düşmənlərim olan, hər zaman ayağımın altını qazan Ə.Kərimov və İ.Qəmbərov kimi adamlarla əməkdaşlıq edir, iş birliyi qurur. Mən bunu heç zaman Ə.Temirxana bağışlamayacam. Onun səhvlərinə çox göz yummuşam, amma bu dəfə belə olmayacaq" deyə bildirib. Beləliklə, L.Hacıyeva əlaltısı olan ALP-nin sədr əvəzi Ə.Temirxanı cəzalandırmağı qarşısına məqsəd qoyub. Belə ki, "MBH" lideri onu tezliklə ALP-dən qovmağa hazırlaşır. Artıq bununla bağlı L.Hacıyeva partiya funksionerləri ilə danışıqlar da aparır. Təbii ki, belə hallar heç kəsdə şübhə doğurmur. Çünki Ə.Kərimov, L.Hacıyeva, İ.Qəmbərov kimi ikiüzlü insanlardan nə desən gözləmək olar. Təbii ki, ancaq mənfi hərəkətlər.

Digər xəbərlər