İsrail şirkəti İranla əlaqə yartmaqda ittiham edildi
İsrailə məxsus şirkətlərdən birinin İranla ticarət etdiyi məlum olub. SİA-nın məlumatına görə, İsrailin "Ofer Brothers" şirkəti İranla ticarət əlaqələri qurmaqda ittiham edilir. İsrail mətbuatı yazır ki, "Ofer Brothers"in son 10 il ərzində 13 gəmisi İran limanına daxil olub. Bu xəbər İsrail dövlətində şok təsiri yaradıb.
Qeyd edək ki, İsrail İranın nüvə proqramının özləri üçün böyük bir təhdid olduğunu bildirir. Baş nazir Benyamin Netenyahu tez-tez İrana tətbiq edilən embarqoların və sanksiyaların ağırlaşdırılmasını tələb edir. Hətta İsrailin İranın nüvə obyektlərini hədəf ala biləcəyi ifadə edilir.