PDF Oxu

Araşdırma

  • 19

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək

Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumat verib. O bildirib ki, bu səfərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya dəvət olunub. Bu səfərin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün davamı olaraq təşkil edildiyini deyən səfir vurğulayıb ki, səfərin dəqiq tarixi razılaşdırılır və yaxın günlərdə bəlli olacaq. Daha sonra P.Bülbüloğlu xalq diplomatiyası məsələsinə də toxunub. O qeyd edib ki, xalq diplomatiyası hər zaman olub və olacaq. Səfirin sözlərinə görə, diasporun işi də xalq diplomatiyasına xidmət edir.

Digər xəbərlər