PDF Oxu

Araşdırma

  • 21

Ermənilər göründüyündən də qorxaq millətdir

Ermənilər göründüyündən də qorxaq millətdir

Məlum olduğu kimi ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində Bakıdan sonra Yerevana rəsmi səfər ediblər. Və orada bəyanat yayıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qısa zamanda öz həllini tapacaq. Artıq illərdir ki, Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk Qrupunun bu cür boş bəyanatlar verməsinin, lazımsız illüziyalara qapılmasının şahididir. Hətta bu azmış kimi, münaqişənin tənzimlənməsi istiqamətində həmsədrlər öz fəaliyyətlərindən olduqca razı qaldıqlarını da bildirirlər. Yəqin həmsədrlər düşünürlər ki, 16 illik fəaliyyətləri dönəmində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa müəyyən irəliləyişə nail olublar. Sanki bu yolla özlərinə təsəlli verirlər. Amma bütün hallarda Azərbaycan həqiqətlərini ört-basdır etməyə, Ermənistanın nazı ilə oynamağa çalışırlar.

Politoloq Mübariz Əhmədoğlu da "Səs"ə verdiyi açıqlamasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişənin həllində heç bir rola malik olmadıqlarını bildirdi. Qeyd etdi ki, ATƏT-in Minsk Qrupunun rolunun bu dərəcədə heçə düşməsində işğalçı Ermənistan başlıca rol oynayır: "Ermənistan 20 il ərzində elə oyunlar qurdu ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin nüfuz və hörməti getdikcə azalmağa başladı. Heç də gizli məqam deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri çox zaman işğalçı Ermənistanı müdafiə edib və bununla da özlərini daha da hörmətdən salıblar".

Politoloq əlavə etdi ki, qondarma qurumun, yəni Dağlıq Qarabağın rəhbərinin adından bəyanat yayılır ki Bako Saakyan qısa müddətə məzuniyyətdə olduğundan, həmsədrləri qəbul edə bilməz. ATƏT-in Minsk Qrupu özünü o dərəcədə lazımsız qrup halına salıb ki, hətta müdafiə etdikləri işğalçı dövlət belə onları qəbul etmək istəmir.

Digər bir məqama toxunan politoloq onu da vurğuladı ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri hər zaman münaqişənin həllində gördükləri işdən razı qalıblar: "Təbii ki, həmsədrlər qətiyyən öz narazılıqlarını ifadə edə bilməzlər. Çünki hər dəfə ATƏT qarşısında nə qədər görüş keçirdiklərini, hansı sənədlərə imza atdıqlarını, ümumiyyətlə, nə iş gördükləri haqda hesabat verirlər. Əgər belə bir formatda hesabat yazıb hər ilin axırında ATƏT-ə təqdim etməsələr, növbəti dəfə məlum qurum onların büdcəsini təsdiq etməyəcək. Ona görə də, yalandan çox qızğın və gərgin iş rejimi getməsi təəssüratını yaradır və fəaliyyətlərini gündən-günə artırırlar. Bunun nəticəsi kimi, ATƏT-dən pul alırlar".

"Həmsədrlərin regiona səfəri ərəfəsində ermənilərin 13 yaşlı azərbaycanlı qızın qətlə yetirilməsi sülh prosesinin əngəlləməsinə xidmət etmir ki" sualını politoloq "bəli, edir" deyə cavablandırdı. Ermənilər bu bölgədə yerləşdikləri ilk gündən bizə düşməndir, bütün azərbaycanlıların qanına susayıb. Həmişə də belə olub. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etsələr də, etməsələr də erməni aurasında bir şeytan, paxıllıq xisləti var. Eyni zamanda, çox qorxaq bir millətdir.

M. Əhmədoğlu onu da bildirdi ki, ermənilərin törətdikləri təxribat xarakterli əməllərin arxasında müəyyən qüvvələr dayanır. Onlara dəstək olan, himayədarlıq edən bir sıra qüvvələr də var. Kazan görüşündən əvvəl amerikalı həmsədr hazırladığı sənədi Amerika səfirinə, səfir isə, Ermənistanda mətbuatda tənzimlənmə planı çap etdirdi. O tənzimlənəmə planı ki, ermənilərin marağına cavab verirdi. Müxtəlif vaxtlarda ermənilərə dəstək verilir. Ermənilərin danışıqları pozması, görüşdən əvvəl və sonra etdikləri bütün təxribalar ermənilərin təkbaşına fəaliyyətinin nəticəsi deyil və həmsədrlərlə birlikdə gördükləri fəaliyyətin nəticəsidir.

M. Əhmədoğlu bütün bunlara baxmayaraq, ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişməsinə ehtiyacın olmadığını vurğuladı: "Nə qədər ki, həmsədrlərin iş prinsipi dəyişməyib, düşünmürəm ki, tərkibin dəyişməsi elə də ciddi bir nəticə yaradacaq. Bunu da onunla əlaqələndirirlər ki, guya ATƏT konsensus iş planı ilə işləyir. Başqa ölkə olsa belə, heç nə dəyişməyəcək və onların da əməllərində konsensus prinsipinin izləri görünəcək. Ya onların özlərinin münaqişənin tənzimlənməsinə siyasi iradələri olmalıdır, ya da konsensus prinsipi dəyişdirilməlidir. Bu gün konsensus planı ilə işləyən ATƏT-in Minsk Qrupu həmsədrlərinin siyasi iradəsi yoxdur. Ən maraq doğuran cəhət odur ki, bu gün məlum münaqişənin həllinə çalışmırlar.

Politoloq onu da əlavə etdi ki, ATƏT həmsədrləri qarşılarına məqsəd qoymalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə tənzimlənməlidir. ATƏT-in Minsk Qrupunun hər üç həmsədri tək sözdə deyil, əməldə real iş görməlidirlər və hətta görməyə borcludurlar. Çünki 1992-ci ildən etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılan ATƏT-in Minsk Qrupunun yeganə müstəsna vəzifəsi məlum münaqişəni sülh yolu ilə həll etməkdən ibarətdir.


AYLANA RZAYEVA

Digər xəbərlər