Ermənistan prezidenti yenə də işğalçılıq niyyətindən əl çəkmək bilmir. Serj Sarkisyan indi də Türkiyə ərazisi olan Ağrı dağa iddialıdır. Regionda sülhün, əmin-amanlığın əleyhinə olan Sarkisyan erməni gənclərinə Ağrı dağını zəbt etmələrini tövsiyə edir. Yad məmləkətlərə ərazi iddiaları ilə çıxış etmək sərsəm Sarkisyanda adi hala çevrilib. Deyəsən, Azərbaycan torpaqlarının yarı faizini işğal altında saxlamaq Sarkisyana azlıq edir. Ötən gün Ermənistanda keçirilən bir tədbirdə Sarkisyan işğalçı bəyanatlarla çıxış etdi. Təbii ki, təcavüzkar Ermənistan prezidentinin bu tip sərsəm bəyanatları qətiyyən reallığa söykənmir.
Sadəcə olaraq, Ermənistan prezidenti düşünür ki, guya cəmiyyəti "şok" edəcək ifadələr səsləndirməklə diqqəti öz üzərinə yönəldəcək. Əksinə, bununla Sarkisyanın bir daha nə qədər alçaq, işğalçı olduğu dünya ictimaiyyətinə bəlli olur. İşğalçılıq, təcavüzkarlıq iddialarından əl çəkməyən Sarkisyan güc yolu ilə işğal etdikləri Azərbaycan ərazilərini boşaltmaqdansa, üstəlik Türkiyə ərazisi olan Ağrı dağa da iddialıdır. Sarkisyan erməni gənclərini sülhə, firavan həyata deyil, müharibə, savaş dolu bir gələcəyə səsləyir. Bu, onun verdiyi sərsəm bəyanatda öz əksini tapır. Bu gün regionda sülhün əldə olunması üçün səylər geniş vüsət alıb. Hər kəsin sülhü istədiyi bir məqamda Sarkisyanın bu cür davranışları onun sülhü, sabitliyi istəməməsindən xəbər verir. Ermənistan prezidentinin öz qeyri-konstruktiv mövqeyi, qeyri-adekvat addımları bu gün hər kəsə bəllidir. Belə sərsəm düşüncə tərzinə malik olan "prezident"dən hansı real mövqe, addım və yaxud da ağıllı bəyanat gözləmək olar. Sarkisyanın bu cür məntiqsiz, sərsəm, ikrah doğuran bəyanatları, sadəcə, söz yığınından başqa bir şey deyil. Ağrı dağ Türkiyə ərazisidir və elə olaraq da qalacaq. Sadəcə olaraq, Sarkisyanın bu tip bəyanatlar verməsi daxili siyasətə yönəlib.
Millət vəkili Fazil Mustafa da Sarkisyanın bu tip bəyanatlarının daxili auditoriyanın alovlanan inqilab ruhunun sakitləşdirməsinə yönəldiyini vurğuladı: "Sarkisyanın bu tip bəyanatları tamamilə reallıqdan uzaq ifadələrdir. Sarkisyan nə danışdığını, nə etdiyini, hansı ifadələr səsləndirdiyini özü də bilmir. Bu gün Ermənistanda vəziyyət çox gərgindir. Bu gün Sarkisyanın boş-boş bəyanatlar verməsindən asılı olmayaraq, Ermənistanda baş alan anarxiyanın, xaosun, özbaşınalığın qarşısını qətiyyən ala bilməyəcək".
Millət vəkili bunu həm də Sarkisyanın psixoloji probleminin olması ilə əlaqələndirdi. Əgər bir ölkə başçısı gəncləri sülhə, əmin-amanlığa, sabitliyə deyil, müharibəyə, savaşa səsləyirsə, ondan hansı reallıq, konstrukiv mövqe gözləmək olar. Sarkisyanın atdığı addımlar kimi, verdiyi bəyanatlar da dünya ictimaiyyəti tərəfindən ciddi qarşılanmır. Sadəcə olaraq, müəyyən məlum dövlətlər var ki, öz maraqları xatirinə bu gün işğalçı Ermənistana dəstək olur, havadarlıq edir.
F. Mustafa vurğuladı ki, əgər işğalçı dövlətə havadarlıq edən qüvvə olmasaydı, bu gün Ermənistan, ümumiyyətlə, dünya xəritəsindən tamamən silinərdi. Bu gün Cənubi Qafqazda yaranmış qeyri-adi situasiya fonunda iki böyük dövlət - ABŞ və Rusiya maraqlarının təmsil olunması məsələsi var və bir şeyi də nəzərə almalıyıq ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda həlledici müstəviyə malik olan dövlətdir. Ən böyük problem isə, hər iki dövlətin maraqlarının üst-üst düşməsidir. Məlum dövlətlər öz maraqlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir.
Millət vəkili yaranmış bu cür situasiyadan Ermənistan prezidenti S. Sarkisyanın yararlandığını qeyd etdi.
F.Mustafa əlavə etdi ki, Sarkisyan regionda sülhün olmasının əleyhinədir. Bugünkü status-kvo vəziyyətindən Sarkisyan yetərincə yararlanır.
F.Mustafa qeyd etdi ki, danışıqları uzatmaq, cəbhə xəttində atəşkəs rejimini mütəmadi olaraq pozmaq, sülhü əngəlləmək üçün minbir oyunlar oynamaq artıq Sarkisyanın "xobbi"sinə çevrilib. Sarkisyan cinayətkar və uşaq qatilidir. Hədəf nöqtəsi kimi hər dəfə körpələri seçmək, soyqırımlar, qətliamlar törətmək, yad məmləkətin torpaqlarına iddia irəli sürmək yalnız Sarkisyan kimi sərsəm "prezident"ə yaraşar. Bütün beynəlxalq aləm artıq təcavüzkar Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməlidir. Ermənistan işğalçılıq niyyətindən əl çəkməlidir.
Millət vəkili, həmçinin, onu da vurğuladı ki, beynəlxalq aləm və bir sıra dövlətlər Ermənistana təsir etsə, o zaman çıxılmaz vəziyyətdə qalan təcavüzkar dövlət həm işğalçılıq bəyanatlarından əl çəkər, həm də zəbt etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz geri qaytarar.
Millət vəkili onu da qeyd etdi ki, mənfur ermənilərin bu cür hərəkətləri azğınlığın, vəhşiliyin, qəddarlığın nəticəsidir. Hər dəfə ermənilər sərsəm bəyanatlar verməklə, körpə uşaqları terrorla qətlə yetirməklə özlərinin nə qədər alçaq, qəddar, işğalçı bir millət olduqlarını təsdiq edir. Azərbaycan dövləti ermənilər tərəfindən zəbt olunmuş ərazilərini çox tezliklə geri qaytaracaq.
AYLANA RZAYEVA