PDF Oxu

Araşdırma

  • 21

“Suriyada İslam təmayüllü partiyaların fəaliyyətinə qadağa qoyulmasına İran etiraz edə bilməyəcək”

“Suriyada İslam təmayüllü partiyaların fəaliyyətinə qadağa qoyulmasına İran etiraz edə bilməyəcək”

Suriya prezidenti Bəşər Əsəd ölkədə çoxpartiyalılığın fəaliyyətə başlaması haqqında fərman imzaladı. Fərmana görə, ölkənin idarəçiliyi çoxpartiyalılıq əsasında reallaşacaq. B.Əsəd ölkənin daxilindəki xalq üsyanlarını sakitləşdirmək məqsədilə bu addımı məcburən atdı.

Tunis və Misirdə başlayan proseslər Suriyada da kök salmışdır və belə görünür, yaxınlarda Suriyanı tərk etməyəcək. Siyasi vədlər, zorakı metodlar, qanlı qırğınlar və sair fayda vermirdi. Ölkənin prezidenti dini-ələvi azlığın təmsilçisi B.Əsəd dini vədlərini reallaşdırmağa başladı. Onun siyasi partiyalar haqqında fərmanına Suriya cəmiyyətinin demokratikləşməsi istiqamətində mühüm, eyni zamanda müsbət addım kimi yanaşmaq olar.

Diqqəti çəkən odur ki, Suriya rəsmilərinin və cəmiyyətin, o cümlədən qadınların hicaba münasibəti eynilə Azərbaycan Respublikasında olduğu kimidir. Suriyada dini və etniki zəmində partiyaların yaradılması və fəaliyyəti qadağan edildi. Azərbaycanda da belədir.

Özünü qonşularına xeyirxah kimi təqdim edən İran İslam Respublikasını Azərbaycana və Suriya kimi qonşularına verdiyi reaksiyalar tamamilə fərqlidir: qadınları hicabsız gəzən, islami partiyaların fəaliyyətinə qadağa qoyulan və hakim ailəsi Avropa qaydalarıyla davranan Suriya İran İslam Respublikası tərəfindən tam dəstəklənir. İran belə Suriya uğrunda öz hərbçilərini qırdırmağa hazırdır. Qadınları hicabsız gəzən, islami partiyaların fəaliyyətinə qadağa qoyulan və hakim ailəsi Avropa qaydalarına uyğun davranan Azərbaycan isə İranın geniş spektrli düşmənçilik metodlarına düçar olub.

Suriya ilə bağlı bir məsələni də qeyd edək ki, İran Suriya əhalisi içərisində şiəlik təbliğatı apara bilmir. Ələviliyin cəfəri təriqətli şiəlikdən tamamilə fərqləndiyi bu sahə üzrə mütəxəssislərə bəllidir. İranın Suriyada şiəlik təbliğatı aparmaması yalnız onun Suriyaya olan müsbət münasibətinin nəticəsidir. Çünki İran başqa dövlətlərdə şiəlik təbliğatını aparır. Livan, Fələstin, Tacikistan və Özbəkistanda İranın şiəlik təbliğatı aparması, yerli sünni əhalini şiəliyə cəlb etməsi ilə bağlı məlumatlarımız vardır. Vaxtilə Qazaxıstan və Qırğızıstanda buna cəhdlər etdiyi barədə məlumatlar yayılmışdı. Amma Suriyada bu işi görmür və ya görə bilmir.

Bu arqumentləri sadalamağımız ümumiləşdirmə aparmaq üçündür: İran İslam Respublikasında siyasət dinə deyil, din siyasətə xidmət edir; İran İslam Respublikasının İslam dinini bu qədər dəstəkləməsi, ona pul xərcləməsi dinini yox, siyasətini yaymaq üçündür. Məhz bu kontekstə görə İran Suriyaya dost, Suriya ilə oxşar dini parametrli Azərbaycana isə İran fərqli, qeyri-dost münasibət bəsləyir.

Digər xəbərlər