PDF Oxu

Araşdırma

  • 16

Ermənistan sosial-iqtisadi böhran içərisində boğulur

Ermənistan sosial-iqtisadi böhran içərisində boğulur

Son günlərdə Ermənistanda sosial-iqtisadi vəziyyət getdikcə pisləşməyə doğru getməkdədir. Ölkənin artan xərcləri və bunun qarşılığında azalmağa doğru gedən gəlirlər Ermənistanı çıxılmaz vəziyyətə salmışdır. Ölkədə iqtisadi böhranla yanaşı, siyasi böhranın da dərinləşməsi birbaşa olaraq əhalinin həyat şəraitinə və sosial vəziyyətinə öz mənfi təsirini göstərməkdədir. Uzun bir dövrü əhatə edən iqtisadi böhran ölkə həyatını iflic vəziyyətə salmışdır.

Nəticədə, günü-gündən artan işsizlik problemi insanları xarici ölkələrə üz tutmağa vadar etməkdədir. Xüsusilə də, onların sırasında daha çox gənclərin yer aldığını nəzərə alsaq, bu miqrasiyanın Ermənistanın, daxili sosial-iqtisadi vəziyyətini iflic vəziyyət salmaqla, ölkənin gələcəyini də şübhə altına almış olur. Belə ki, hərtərəfli olaraq, ölkənin gələcəyi üçün gərəkli olan bu gənclərin ölkəni tərk etməsi Ermənistanın nəinki indiki dövrdə, eyni zamanda, gələcək dövrdə də ola biləcək inkişafını əngəlləmiş olur. Amma erməni gənclərinin bu addımı atmağa səbəb var ki, o da onların öz gələcəklərini qurmaqdır. Çünki erməni gəncləri başa düşürlər ki, nə qədər ki, Serj Sarkisyan Ermənistan prezidentidir və onunla birlikdə erməni məmurlardır, onların gələcəkləri yoxdur. Bu səbəbdən də öz gələcəklərini təmin etmək üçün Ermənistan vətəndaşlığından imtina etməyə hazır olduqlarını bildirən erməni gəncləri açıq və gizli şəkildə digər ölkələrdə yaşamağa icazə almaq üçün çalışırlar. Politoloqların fikrinə görə, Ermənistanı tərk edənlər sırasında gənclərlə yanaşı, digər təbəqələrin nümayəndələri də var. Onlar da öz dolanışıqlarını təmin etmək üçün xaricə üz tutur, burada yaşamaq üçün qaçqın statusu almağa çalışırlar. Bununla bilavasitə onlar Ermənistan vətəndaşlığından da çıxmış olurlar. Bu hal isə, bir tərəfdən Ermənistan əhalisinin azalmasına gətirib çıxarırsa, digər tərəfdən bir dövlət kimi, Ermənistanın beynəlxalq arenada nüfuzunu aşağı salır.

Ermənistanın bundan başqa heç bir yaşama mənbəyi qalmamışdır. Xarici yardımların kəsiləcəyi təqdirdə isə, Ermənistanı böyük bir iqtisadi tənəzzülün gözlədiyi ermənilər tərəfindən də etiraf edilir. Xarici yardımlar təkcə maliyyə vəsaiti şəklində deyil, həm də ayrı-ayrı ərzaq məhsulları şəklində verilir. Məsələn, Rusiyadan idxal olunan taxıl. Yeri gəlmişkən, bir müddət bundan öncə, Rusiyanın taxıl ixracına qadağa qoyması ilə bağlı verdiyi qərar Ermənistanda böyük bir təşvişlə qarşılanıb. Belə ki, Ermənistanın yeganə taxıl idxal etdiyi ölkənin artıq ona taxıl verməməsi ölkədə taxıl qıtlığına səbəb ola bilər ki, bu da böyük bir problem kimi qiymətləndirilir. Bu qərar verildikdən sonra özünə taxıl təminatçısı axtaran Ermənistan İrana üz tutmalı olub. Bu ölkədən ilk olaraq müsbət cavab alınması barədə məlumatlar yayılsa da, sonradan bu məlumatlar təkzib edilibdir. Göründüyü kimi, Ermənistanın taxılla təmin olunması ilə bağlı İrana olan ümidləri də hələ qeyri-müəyyən olaraq qalmaqdadır. Ermənistanın İran və yaxud digər ölkədən taxıl alması ilə bağlı məsələnin heç də asan həll olunmayacağı məlumdur. Nəzərə alsaq ki, hazırda qlobal səviyyədə taxıl böhranı yaşanmaqdadır, onda Ermənistanın da bu böhrandan kənar qalmayacağı məlumdur. Hətta hər hansı bir ölkə ilə taxıl idxalı ilə bağlı məsələdə razılaşsa belə, buna razılaşan ölkənin yalnız böyük pul ödənişi hesabına razılaşacağı nəzərə alınmalıdır. Və yaxud da, siyasi mənada, Ermənistan həmin taxıl ixrac edən ölkənin mənafelərinə xidmət etməlidir. Bu isə bir daha dövlətin nüfuzuna xələl gətirən məsələdir.


Aytən Səmədova

Digər xəbərlər