PDF Oxu

Araşdırma

  • 6

BMT-nin Baş Məclisində...

BMT-nin Baş Məclisində...

Artıq 20 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. BMT-nin Dağlıq Qarabağ məsələsi ilə bağlı 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, hələ də sözügedən qətnamələr Ermənistan tərəfindən yerinə yetirilməyib. Sentyabrın 13-də Nyu-Yorkda baş tutacaq BMT-nin 66-cı sessiyasının gündəliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki məsələ də daxil edilib.

Burada "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM ərazilərində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" adlı qətnamə layihələridir. Dağlıq Qarabağla bağlı olan bu qətnamələrin qəbulu nə dərəcədə gözləniləndir? Bəs bu qətnamələrin qəbulu işğalçı ölkə olan Ermənistanı hansı duruma sala bilər? Politoloq Elman Nəsirli bizimlə söhbətində BMT-nin Baş Məclisinin 66-cı sessiyasında Ermənistanın işğalçılıq siyasətinin bütün mahiyyətini ifşa edən bir sənədin qəbuluna nail olmaq mümkün olacaqdır. Sentyabrın 13-də baş tutacaq BMT-nin Baş Məclisinin 66-cı sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM ərazilərində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" adlı qətnamə layihələri müzakirə olunacaq. Bu məsələlər BMT-nin 65-ci sessiyasında da gündəliyə salınmışdır. Lakin o zaman məhz Azərbaycan tərəfinin təkidi ilə həmin məsələlər BMT-nin gündəliyindən çıxarılmışdır. Bunun əsas səbəbi 2010-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının işğal zonasına gəlişi və həmin faktları reallaşmalı olması ilə bağlı idi. Belə olan təqdirdə isə, burada bir tərəfdən ATƏT-in missiyası, digər tərəfdən də isə, paralel BMT-dəki müzakirələrdə hesab olundu ki, bu, məqbul variant deyil. Ona görə də, burada ATƏT-in faktaraşdırıcı missiyası öz işi ilə məşğul olaraq, işğal zonasındakı faktları toplasın. Bundan sonra, həmin məsələlərə aydınlıq gəlsin. Yəni, həmin zamanda hesab olundu ki, BMT müstəvisi, hələlik, məqbul deyil. Xüsusi olaraq, RF-nin bu məsələlərdə bir çox xahişləri olmuşdu ki, indiki məqamda məsələlərin BMT müstəvisinə çıxarılması məqbul variant hesab olunmur. Lakin son illər Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar onu göstərir ki, işğalçı ölkə olan Ermənistan bu münaqişənin həllində müsbətə doğru heç bir irəliləyişi və addımı yoxdur. Hər zaman Ermənistan indiki status-kvo vəziyyətini qoruyub saxlamağa çalışır. Eyni zamanda, işğalçı ölkə beynəlxalq fikri aldadır. Guya Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlarda və sülh sahəsində maraqlı olduğunun görüntüsünü yaradır. Belə olan vəziyyətdə isə Azərbaycan BMT-nin Baş Məclisinin 65-cı sessiyasında geri götürdüyü həmin qətnamə layihələrini bu dəfə yenidən BMT-nin 66-cı sessiyasının gündəliyinə çıxarır. Hesab edirəm ki, Azərbaycanla bağlı olan məsələlərin BMT-nin Baş Məclisinin 66-cı sessiyasında təsdiq olunması ehtimalı kifayət qədər böyükdür. Çünki bu illər ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Demək olar ki, Azərbaycan MDB məkanında rəqabət qabiliyyətində ən güclü iqtisadiyyata malik olan bir dövlətdir. Azərbaycan dövləti bütün istiqamətlər üzrə inkişaf etmiş ölkədir. Ölkəmizin inkişafını BMT müstəvisində də çox gözəl bilərək dərk edirlər. Bu baxımdan, Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının üzvü olan, BMT-də təmsil olunan dövlətlərin səfirləri ilə də mütəmadi bir çox görüşlər keçirib. Hesab edirəm ki, bütün bunların hamısı son nəticədə BMT-nin Baş Məclisinin 66-cı sessiyasında beynəlxalq hüququn tələb etdiyi kimi, Azərbaycanla bağlı olan qərarın qəbul olunmasına gətirib çıxaracaq. Bir sözlə, BMT-nin Baş Məclisinin 66-cı sessiyasında Ermənistanın işğalçılıq siyasətinin bütün mahiyyətini ifşa edən bir sənədin qəbuluna nail olmaq mümkün olacaqdır. Ermənistanın işğalçılıq siyasəti ilə bağlı olan belə sənədlərin qəbulu bəzən həmin anda öz təsirini göstərməyə bilir. Amma burada məsələ ondan ibarətdir ki, sözügedən bu sənədlər olduqca vacibdir. Çünki müəyyən halda Azərbaycan bu münaqişəni qeyri-dinc, siyasi yolla həll etmək qərarını qəbul edərsə, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, AŞPA-nın müvafiq sənədi, digər beynəlxalq qurumların Ermənistanı təcavüzkar adlandırması və eyni zamanda, BMT-nin Baş Məclisində belə sənədlərin qəbul olunması bizə hüquqi əsas verəcək ki, bu sənədləri götürüb, hətta hərbi yolla da Dağlıq Qarabağ münaqişəsinə son qoya bilək. Digər bir tərəfdən, bu sənədlər bizim əlimizdə çox mühüm hüquqi arqument olacaq ki, Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kampaniyasını gücləndirmək üçün istifadə edək.

GÜLYANƏ

Digər xəbərlər