Ermənistanda gələn il keçiriləcək prezident seçkiləri indidən ölkə daxilində çox böyük qarşıdurmaya səbəb olub. Dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlmiş prezident ölkə əhalisi, Serj Sarkisyanın birmənalı olaraq, hakimiyyətdən getməsini tələb edir. İqtidar müxalifət toqquşması isə, artıq ən son həddə çatıb. Sarkisyan rejimi işğalçılıq siyasəti yürütməklə, gəncləri savaşa səsləməklə, ölkəni bir daha iflasa sürükləməkdədir. Dünyanın aparıcı dövlət başçıları yanında özünü yazıq, günahsız, məzlum kimi təqdim edən Sarkisyan, əslində, qəlbi şeytan xisləti ilə dolu olan bir cani və cinayətkardır. Dağlıq Qarabağda, Xocalıda törətdiyi qətliamlarla, qəddarcasına uşaqları öldürməsi ilə fəxr edən və bunu hər yerdə utanmadan, çəkinmədən fəxarət hissi ilə dilə gətirən məhz həmin Ermənistan prezidenti Serj Sarkisyandır. Dağlıq Qarabağda, Xocalıda göstərdiyi "qəhrəman"lıqlara və bu cür çirkin əməllərlə fəxr edən Ermənistan prezidenti bu gün öz ölkəsini idarə etməkdə çox acizdir. Təsadüf nəticəsində siyasət aləminə gəlmiş Sarkisyan daima başqa dövlətlərin yardımına, dəstəyinə ehtiyac duyub.
"Təbii ki, bu yardımlar, ianələr və işğalçı ölkəyə himayədarlıq edən bəzi dövlətlər olmasa, Ermənistan hansı iqtisadiyyatı dirçələ bilər? Keçmişdə də, bu gün də Ermənistan iqtisadiyyatı məhz ona havadarlıq edən dövlətlərinə hesabına ayaqda durub" deyə politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında vurğuladı.
Politoloqun da bildirdiyi kimi, işğalçı ölkəyə hansısa, hətta ən cüzi yardım belə olmasa, özü-özünü təmin edəcək gücdə deyil. Bu gücə sahib olmaq üçün möhkəm fundamet lazımdır. Ermənistanın isə, ümumiyyətlə, möhkəm fundamenti və bazası qətiyyən yoxdur.
Maraqlı bir məqama toxunan politoloq söylədi ki, Ermənistanda zərgərlik məmulatları hazırlanır və bu zərgərlik məmulatlarının ixracı yolu ilə müəyyən mənada büdcəyə pul gətirmək istəyirlər. Həmin zərgərlik məmulatlarını hazırlamaq üçün yenə də Rusiyadan almas gətirilir, Ermənistanda cilalanır və bunun vasitəsilə Belçika üzərindən onu yaymağa çalışır.
Q.Hüseynli bu yolla iqtisadiyyatı inkişaf etdirməyin mümkün olmadığını qeyd etdi. Təbii ki, bütün bunlar da Ermənistan həyatına, əhalisinin yaşayış tərzinə təsir göstərir.
Politoloq ağır vəziyyəti nəzərə alan Ermənistan mətbuatının həyəcan təbili çaldığını da söylədi: " Ölkənin tam şəkildə bir qrup cinayətkar, hakimiyyət hərisləri tərəfindən idarə olunması, haqsızlıq və ədalətsizlik Ermənistanı mühacirətə sürükləyir. Əhali kütləvi şəkildə ölkəni tərk edir. Əgər belə getsə, 5 ildən sonra Ermənistan yalnız qocalar və uşaqlar ölkəsi olacaq. Yeniyetmələrin və gənclərin sürətlə Ermənistanı tərk edir. Ermənistan yersiz, mənasız iddiaları ilə özü-özünü təcrid edib. Hər zaman demişik, indi də deyirik zaman Azərbaycan dövlətinin xeyirinə işləyir. Ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş praqmatik siyasəti ölkəmizi çox böyük uğurlara, inamlı sabaha aparır".
Politoloq açıqlamasında işğalçı ölkənin iqtisadi tənəzzülünün və böhranının Azərbaycan üçün əlverişli bir vasitəyə çevrildiyini bildiridi. Azərbaycanla Ermənistan heç zaman bir tərəziyə qoyula bilməz. Azərbaycanın artan uğurları, nailiyyətləri, təcavüzkar Ermənistanın isə, tənəzzülü, iflası, oğru kimi yad ölkələrin ərazilərini mənimsəmək iddiaları göz önündədir. Q. Hüseynli Dağlıq Qarabağın bir qurum olaraq müstəqil dövlət kimi tanıdılmasına cəhd göstərən erməni diplomatiyasının tam iflasa uğradığını da əlavə etdi: " Ermənistan prezidentinin son çıxışına diqqət yetirsək, burada pessimist notları görərik. Artıq Serj Sarkisyan Dağlıq Qarabağın müstəqil bir qurum kimi beynəlxalq miqyasda tanıdılmasının qeyri-mümkün olduğunu dolayısı ilə etiraf edir. Sarkisyan və ondan əvvəlkilər nə qədər çalışsalar da, Dağlıq Qarabağ adlandırılan oyuncaq rejimin kiminsə tərəfindən tanıdılmasına nail ola bilmədilər. Əksinə, proseslər elə bir istiqamətdə getdi ki, həmin ərazilər ermənilər tərəfindən indi işğal olunmuş ərazilər kimi tanıdıldı. Bütün beynəlxalq sənədlərdə həmin ərazilər Azərbaycanın işğal olunmuş ərazisi hesab olunur. Doğrudur, bəzi dövlətlər hələ də Ermənistanı işğalçı dövlət kimi tanımayıb. Amma ümid edək ki, həmin ölkələr də bir gün Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək. Politoloqun sözlərinə görə, diplomatik səylərimiz nəticəsində hansısa bir superdövlətin bu bölgədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən məhz istifadə etmək cəhdləri heç zaman baş tutmayacaq.
Q.Hüseynli beynəlxalq təşkilatların da Azərbaycanın ədalətli mövqeyini dəstəkləməli olduğunu bildirdi: "Həmin beynəlxalq qurumlar, böyük dövlətlər də haqqın, ədalətin Azərbaycanın tərəfində olduğunu və Ermənistanın ikili və işğalçılıq siyasəti yürütməsini çox yaxşı bilirlər. Ona görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda böyük səylə həllinə çalışmalıdırlar, xüsusən də, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri. Ermənilər tərəfindən işğal olunan torpaqlar Azərbaycanındır və dövlətimiz bütün vasitələrdən istifadə edərək ərazilərini işğaldan azad edəcək.
AYLANA RZAYEVA