PDF Oxu

Araşdırma

  • 11

Serj Sarkisyan - səriştəsiz siyasətçi, qorxaq kölə

Serj Sarkisyan - səriştəsiz siyasətçi, qorxaq kölə

Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan bu gün özünün tənəzzül dövrünü yaşayır. Rusiyanın siyasi vassalına və forpostuna çevrilən rəsmi Yerevanın çox az miqdarda olan büdcəsi geniş işlərin həyata keçirilməsinə ciddi problemlər yaradır. İşğalçı ölkə bu gün havadarlarının maliyyə yardımı sayəsində ayaqda durur. Yəni işğalçı ölkə, sadəcə, ortada "top" oyuncağı rolunu oynayır. Havadarları erməniləri əllərində istədikləri kimi oynadır və öz məqsədlərindən istifadə etmək üçün yetərli qədər Serj Sarkisyan hakimiyyətindən yararlanırlar. Məlum məsələdir ki, S. Sarkisyan ölkədə baş verən tənəzzülün qarşısını almaqda acizdir.

"Serj Sarkisyan və işğalçı ölkənin digər dövlət xadimlərinin heç biri intellektual təfəkkürə, biliyə malik deyil. İşğalçılıq, təcavüzkarlıq siyasəti, ölkənin iflası bir daha Ermənistanın eks dövlət başçılarının və indiki prezidentinin səriştəsizliyinə, savadsızlığına dəlalət edir" deyə AVP sədri, millət vəkili Fəzail Ağamalı qəzetimizə açıqlamasında bildirdi.

AVP sədrinin sözlərinə istinadən Robert Köçəryan prezident təyin edildiyi zaman erməni müxalifətçiləri və cəmiyyəti bu təyinatın qanunsuz olduğunu bildiriblər. Bu azmış kimi, Robert Köçəryan hakimiyyətdə olduğu zaman rəsmi Moskvaya olan borcunu ödəmək məqsədilə bir çox zavod və müəssisələr işğalçı ölkənin tabeliyindən çıxarılaraq Rusiyaya verildi. Və beləliklə də bu, işğalçı ölkənin rəsmi Kremldən asılılığını və vassallığını bir daha rəsmən gücləndirdi. Bu gün işğalçılar rəsmi Kremlin icazəsi olmadan nə siyasətdə, nə iqtisadiyyatda, nə də bütövlükdə, hansısa bir məsələdə addım atmır. Ermənistan Rusiyanın əlaltısı, köləsi, rəsmi Kreml isə, işğalçı dövləti idarə edən və "supergüc" imicini yaratmış bir ölkədir. Göründüyü kimi, maraqların toqquşması prosesi baş vermir. Və "dünyanı maraqlar idarə edir" sitatı özlüyündə bir daha bəraət qazanmış olur.

Digər bir nüansa toxunan millət vəkili R. Köçəryanın hakimiyyəti dövründə terrorizm ideologiyasının mənbəyi olan Ermənistan "parlament"ində terror aktının da baş verdiyini vurğuladı. Rəsmi Yerevanı alt- üst edən bu hadisə 1999-cu il 27 oktyabr tarixində baş vermişdi.

AVP sədrinə görə, həmin terror aktı nəticəsində parlamentin sədri və bir sıra erməni parlamentariləri qətlə yetirilmişdir. Hər kəs bu hadisənin törədilməsində işğalçı ölkənin başçısı olmuş R. Köçəryan klanının əli olduğunu söyləyirdi. Ermənistan hakimiyyəti hər zaman bu tip cinayətkarlarla idarə olunub.

Millət vəkili hazırda Serj Sarkisyanın rəhbərlik etdiyi ölkənin korrupsiyanın, rüşvətxorluğun məngənəsində boğulduğunu qeyd etdi. Ölkəni bir qrup korrupsioner məmurlar idarə edir. Təbii ki, belə məmurların başında S.Sarkisyan dayanır.


AYLANA RZAYEVA

Digər xəbərlər