PDF Oxu

Araşdırma

  • 9

Ermənistan bütün layihələrdən kənarlaşdırılır

Ermənistan bütün layihələrdən kənarlaşdırılır

İşğaçılıq siyasətinin acı nəticəsi olaraq Ermənistan, demək olar ki, regiondakı bütün layihələrdən kənarda qalıb. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə qalması hələ Ermənistana çox zərbələrə, böyük itkilərə məruz qoyacaq. Birmənalı şəkildə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yubadılmasında Ermənistan prezidenti Serj Sarkisyanın çox böyük rolu var.
Hər zaman qeyri-konstruktivlik nümayiş etdirən Ermənistan prezidenti ölkəsinin ağır duruma düşməsindən bir nəticə çıxarmalı və ölkənin tamamilə iflasa uğramaması üçün sülh danışıqları istiqamətində səylərini artırmalıdır. Onsuz da Ermənistana və ona havadarlıq edən dövlətlərə Azərbaycanın hərbi gücü məlumdur və bu rəsmi Yerevanı çox ciddi şəkildə narahat edir.
"Ermənistan regiondakı bütün layihələrdən məsələlərdən təcrid olunmuş halda qalıb. Buna da səbəb işğalçı ölkənin tutduğu qeyri-konstruktiv mövqeyidir". Bu sözləri qəzetimizə açıqlamasında millət vəkili İlham Məmmədov bildirib. Onun sözlərinə görə, ermənilər çox yaxşı dərk edirlər ki, Azərbaycan regionun ən sürətli inkişaf edən dövlətidir: "Regionda Azərbaycanın iştirakı olmadan heç bir transmilli layihələr həyata keçirilmir və keçirilə bilməz. Azərbaycan dövləti istədiyi layihələri diqtə edir və həyata keçirilməsi üçün müəyyən ölkələrə şərait yaradır".
Həmin ölkələrin bu layihələrdən xeyir qazandıqlarını vurğulayan millət vəkili bildirib ki, regionda baş verən proseslərdə Azərbaycan çox aktiv şəkildə iştirak edir.
Ermənistanda sosial-iqtisadi vəziyyətin olduqca ağır və çətin olduğunu vurğulayan İ. Məmmədov əlavə edib ki, əhali kütləvi şəkildə Ermənistanı tərk edir: " Nə zamana qədər yad ölklərin tabeliliyində yaşamaq, onların əlinə baxmaq olar. Ermənistan açıq-aşkar şəkildə dilənir".
Ermənistanın tək elit hakim dairəsi deyil, həm də siravi vətəndaşı belə, birmənalı şəkildə, anlayır ki, Serj Sarkisyan ölkəni bu siyasətlə daha da uçuruma yuvarlayır. Münaqişənin bu qədər müddət ərzində yubanması Ermənistanın yoxsulluq, səfalət içərisində yaşamasına səbəb olub. Bu 20 il ərzində təcavüzkar ölkə öz işğalçılıq siyasətindən heç nə qazanmayıb, əksinə, itirib. Bu illər ərzində işğalçılıq siyasəti Ermənistana heç bir uğur, nailiyyət qazandırmayıb.
Ermənistanın dilənçi bir dövlət olduğunu deyən millət vəkili Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə qalması Ermənistanı daha da çıxılmaz vəziyyətə salıb. Ulu Öndər Heydər Əliyevin qurub-yaratmış olduğu demokratik, suveren Azərbaycan dövləti bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə idarə olunan və dünyada söz və nüfuz sahibinə çevrilib: "Təbii ki, bütün bunlara görə də, Azərbaycana qarşı bir qısqanclıq hissi yaranacaq. Hadisələrə sanki qara eynək arxasından baxacaqlar: "Bəzi qüvvələr görürlər ki, doğrudan da, Azərbaycan bu gün öz inkişafı, qonşuluq münasibətləri ilə dünyada baş verən proseslərin içərisindən düzgün nəticə çıxarır və dəqiq qərarlar qəbul edir. Təbii ki, bunlar qısqanclıqdan doğan bir məsələdir. Biz hər birimiz Prezident İlham Əliyevin rəhbərliyi altında balanslaşdırılmış siyasət həyata keçirməklə ölkəmizin inkişafına və stabilliyinə nail olmağa çalışırıq. Müxtəlif dairələrin də Azərbaycanın haqlı mövqeyini dəstəkləmələrini arzu edərdik.
İ. Məmmədov onu da bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər, görülən cəhdlər məhz ona hesablanıb ki, doğrudan da, biz informasiya müharibəsində ciddi uğurlar əldə etmişik. Azərbaycan həqiqətləri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan hakimiyyətinin tutduğu qeyri-konstruktiv mövqeyi barədə bütün dünyaya düzgün, əsaslı məlumatlar çatdırırıq. Bütün dünya Azərbaycanda gedən sosial-iqtisadi, mədəni inkişafı görür. Ulu Öndər Heydər Əliyev demişdir:"Güclü iqtisadiyyat güclü dövlət deməkdir". Azərbaycan dövləti çox güclü iqtisadiyyata malikdir. Və qarşısına keçəcək bütün maneələri dəf etməyə hazırdır. Təbii ki, bununla bərabər mövqeyimizin haqlı olduğunu da dünyaya sübut etməyə çalışırıq. Beynəlxalq təşkilatlar daim Azərbaycanın haqlı mövqeyini dəstəkləməlidirlər. Ermənistanın işğalçı bir dövlət olması və Azərbaycan torpaqlarını işğal etməsi faktı beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb. Lakin bu, bizim üçün yetərli deyil. İstədiyimiz odur ki, Ermənistana sülhə məcbur edilsin. Əgər işğalçı ölkəyə lazımi təzyiq göstərilərsə, o zaman yəqin ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılar.

AYLANA RZAYEVA

Digər xəbərlər