PDF Oxu

Araşdırma

  • 11

Ermənistan paradı dünya mətbuatında məsxərəyə qoyulub

Ermənistan paradı dünya mətbuatında məsxərəyə qoyulub

1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilat olan BMT-yə üzv dövlətlərdən biri də Azərbaycan Respublikasıdır. Artıq bu quruma üzv olmağımızdan 19 il ötür. Erməni separatçıları tərəfindən torpaqlarımızın işğal olunmasına dair BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etsə də indiyə qədər həmin qətnamələrin icrası yerinə yetirilməyib. Çünki BMT erməni yönümlü ABŞ, Fransa, Rusiya kimi supergüc dövlətlərin maraqlarını müdafiə etməsi ilə seçilir.

Bir sözlə, "dünyanı maraqlar idarə edir" prinsipi BMT-nin əsas şüarlarından birinə çevrilib. BMT Azərbaycan, Fələstin və bir çox ölkələrin ərazilərinin müəyyən hissəsinin zəbt olunması faktına göz yumur, Ermənistan və İsrail kimi işğalçı ölkələrin mənafeyini daima müdafiə edir. Bu zaman BMT-nin hansı haqdan, ədalətdən, düzgünlükdən danışmağa haqqı var. Çox güman ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul edəcəyi növbəti qətnamə Ermənistan hakim dairələri tərəfindən icra olunmamış qalacaq. Dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT regionda nə sülhün, nə də təhlükəsizliyin təmin olunmasına çalışmır. Hər dəfə bəyanat və yeni bir qətnamə ilə kifayətlənir.

"İşğalçı ölkədə keçirilən şou-parad Azərbaycanla Ermənistanın hərbi qüvvələri arasındakı fərqi bir daha nümayiş etdirdi. Bütün sahələrdə olduğu kimi, hərbi nöqteyi-nəzərdən də erməni şou-parad qat-qat zəif və gücsüz idi". Bu sözləri "Səs"ə açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, hərbi- texniki təhcizatına görə, Azərbaycan regionda ən güclü dövlətdir.

Politoloq Q. Hüseynli erməni hərbi paradının işğalçı ölkənin ordusunun pis vəziyyətdə olmasının göstəricisi sayıldığını bildirdi. Qeyd etdi ki, erməni ekspertləri, şərhçiləri belə bunu çox zəif parad kimi qiymətləndiriblər.

"Serj Sarkisyanın BMT-dəki çıxışı zamanı Azərbaycan əleyhinə ağ yalanlar səsləndirməsi dünyanı aldatmaq cəhdi kimi qiymətləndirmək olarmı" sualına cavab olaraq, politoloq vurğulayıb ki, ermənilər dünyanı həmişə aldadıblar: "Bu aldanışı da dünya, beynəlxalq aləm qəbul edir və dözür. İşğalçı ilə işğala məruz qalmış dövlət arasında beynəlxalq qurum heç bir fərq qoymur. Əgər fərq qoysa idi, Ermənistanı çoxdan cəzalandırardı, iqtisadi-siyasi sanksiaylar tətbiq edərdi, embarqolar qoyardı, lakin əksinə, gözləntilərimiz özünü doğrultmadı. Ermənistan yetərli qədər dünya dövlətləri, eləcə də, beynəlxalq arenada müdafiə olunur. Bu, dünyada ikili standartların olduğunu bir daha əyani şəkildə əks etdirir."

Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinin zəruri olduğunu vurğulayan politoloq işğal olunan torpaqlarımızın sülh yolu ilə geri qaytarılacağını bildirib. Əgər belə olmasa, Ermənistanda onsuz da pisləşən vəziyyət daha da gərgin olacaq. Regionda bütün layihələrdən kənarlaşdırılan işğalçı dövlət gələcəyinə qəti şəkildə hər hansı təminat yarada bilməyəcək. Məlum münaqişə ciddi şəkildə Ermənistanın daxilinə ağır formada təsir göstərməkdədir.

Sarkisyan, hər zaman olduğu kimi, BMT-dəki çıxışında da çox ikiüzlü və məntiqsiz, yalan üzərində qurulan fikirlər söylədi. Beynəlxalq qurumların, güclü dövlətlərin buna qarşı riyakarcasına susması isə, işğalçı ölkənin bir növ xeyirinədir, təbii ki, bu, belə də olmalıdır. Q.Hüseynli onu da qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edə-edə danışıqlar prosesində Azərbaycanın qeyri-konstruktiv mövqe tutmasını bildirir. Ermənilərin bu addımı açıq-aşkar həyasızlıqdır. Həm başqasının torpaqlarını mənimsəyir, həm də işğalçılıq mövqeyindədirlər. Bu, azmış kimi, üstəlik, işğal etdikləri dövlətdən konstruktivlik nümayiş etdirməyi tələb edirlər.

Digər bir nüansı vurğulayan politoloq bildirib ki, BMT-nin məsul şəxsləri və ora üzv olan hər bir dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti çox yaxşı bilirlər. Ermənilərin Dağlıq Qarabağda törətdikləri özbaşınalıqlar, tarixi mədəniyyət abidələrimizi dağıtmaları, narkotik maddələr əldə edərək, xarici ölkələrə satmaları BMT-yə üzv dövlətlərin hər birinə ayrı-ayrılıqda bəllidir. Lakin bunu çox "peşəkarcasına" təkzib edirlər. Dövlətimizə qarşı ədalətsiz mövqenin bir nümunəsi də budur.

BMT-nin 19 illik fəaliyyətini tənqid edən Q. Hüseynli bildirib ki, adıçəkilən qurum real vəziyyəti görərək, Dağlıq Qarabağ münaqişəsinin anatomiyası haqqında yetkin fikirlərə şahidlik edirlər. Problemi görür, lakin buna göz yumurlar. Axı, belə bir mövqe dünyada sülhü və təhlükəsizliyi qoruyub saxlaya bilməz.

Millət vəkili Serj Sarkisyanın çıxışının elə də böyük rezonans yaratmadığını vurğulayıb: "Sadəcə olaraq, Sarkisyan özü üçün müəyyən bir şou yaratmaq istəyirdi. Sanki bununla nəyəsə nail olacaq. Sarkisyan uğursuz siyasətini bu cür ritorik kəlmələrlə ifadə etmək istəyir. Çox güman ki, Sarkisyanın bu tip çıxışları gələn il ona prezident seçkilərində böyük bir uğursuzluq gətirsin". O ki qaldı, işğalçı ölkənin çıxarılmış qətnamələri xoşluqla yerinə yetirməməsi və buna görə də Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görməməsi bu BMT-nin nüfuz və hörmətinə zərbə vurmuş olur.


A. RZAYEVA

Digər xəbərlər