PDF Oxu

Araşdırma

  • 10

İsa Qəmbərovun ABŞ səfirliyinə olan gizli teleqramları üzə çıxdı!

İsa Qəmbərovun ABŞ səfirliyinə olan gizli teleqramları üzə çıxdı!

Bakıdakı ABŞ səfirliyinin "Wikileaks" informasiya resursunda dərc edilmiş teleqramları olduğu kimi diqqətinizə çatdırırıq:

Teleqramm N:06BAKU611

Tarix: 21.04.2006

Qrif: Xidməti istifadə üçün

Mövzu: Müxalifətçi Müsavat partiyası demokratikləşmə prosesində iştirak etməkdə davam edir.


1. Aprelin 10-da ABŞ səfiri Müsavat partiyasının sədri İsa Qəmbərə vida zəngi edib. 13 may təkrar seçkilərdə iştirak edən Müsavat sədri İ.Qəmbər demişdir ki, seçkilərin ümumi atmosferi mürəkkəb olaraq qalmaqdadır. Nümunə kimi, may ayında keçirilən parlament seçkilərində iştirak edən Müsavat partiyasının namizədi demişdir ki, o, yerli hakimiyyət dairələrinin seçkilərə müdaxiləsi ilə üzləşib. İ.Qəmbər seçkilərdən əlavə Müsavat partiyasının mütəmadi olaraq keçirdiyi tematik forumlar keçirmək vasitəsilə yerlərdə regional dəstəyini davam etdirir. Bu da Müsavat partiyasına Bakı şəhərindən kənarda yaşayan vətəndaşları daha yaxşı başa düşməyə imkan verir. İ.Qəmbərin fikrincə, rəsmi Bakı, əvvəllər olduğu kimi, başlıca diqqətini ABŞ və İran dövlətlərinin gərginləşmiş münasibətləri üzərində qurmaqdadır. ABŞ səfiri İ.Qəmbəri əmin etmişdir ki, təmsilçisi olduğu ölkə baş verməkdə olan mürəkkəb vəziyyətin diplomatik həllini tapmaq üçün əlindən gələni əsirgəməyəcək.


Müsavat seçkilərdə iştirak etməkdən imtina edir


2. Müxalifətçi Müsavat partiyasının sədri İsa Qəmbərə vida zəngi zamanı ABŞ səfiri qeyd etmişdir ki, Azərbaycan hökuməti onun səfir vəzifəsinə təyin edilməsi üçün xüsusi xidmət göstərib. O, İ.Qəmbəri əmin etmişdir ki, ABŞ hökuməti seçkiönü proseslərin hamısında fəal iştirak edəcək. Səfir qeyd etmişdir ki, ABŞ hökuməti öz təşviqat proqramını vətəndaş icmalarının inkişafına, ictimai tərəqqiyə, insan hüquqlarına və seçkilərə yönəldəcək. İ.Qəmbər ABŞ hökumətinin yerli təşkilatlarda demokratikləşmə prosesinin inkişaf etdirməsinə müsbət qiymət vermişdir. İ.Qəmbər noyabrda keçirilən parlament seçkilərindən narazı qaldığını bildirmiş və onun təmsilçisi olduğu partiyanın mayın 13-də keçiriləcək təkrar seçkilərdə iştirak edəcəyini bildirmişdir. O, əmin olduğunu bildirmişdir ki, aprelin 17-sində Müsavat partiyasının namizədlərinin kampaniyası başlayan zaman ABŞ hökuməti və digər Qərb ölkələri fəal iştirak edəcəkdir.

3. ABŞ səfiri İ.Qəmbəri əmin etmişdir ki, ABŞ hökuməti bu proseslərdə yaxından iştirak edəcək və müstəqil rəy sorğularını (exit-polları), namizədlərin treninqlərini dəstəkləyəcək, seçicilərin barmaqlarına xüsusi rənglərin sürtülməsində və müşahidəçilərin iştirakında yardım göstərəcək. İ.Qəmbərin müavinlərindən biri və Azərbaycanın şimal rayonundan təkrar seçkilərdə namizədliyini irəli sürən Arif Hacılı ABŞ hökumətinin seçkiləri dəstəklədiyini yüksək qiymətləndirmişdir. Onun dediyinə görə, təmsilçisi olduğu seçki dairəsində vəziyyət noyabrda olduğundan daha pisdir. A.Hacılı yerli hakimiyyət orqanlarının opponenti olan Azərbaycanın "neft baronu"nu açıq surətdə dəstəklədiyini bildirmişdir. Namizəd rayon infrastrukturunda və enerji ötürücülərində təmiri təmin etmişdir. A.Hacılının seçkilərdə qalib gələcəyi təqdirdə, region rəsmi Bakının qəzəbi ilə üzləşəcək. Səfir demişdir ki, ABŞ hökuməti seçkiönü mərhələsini diqqətlə izləyəcək və Azərbaycan hökumətindən azad, ədalətli və şəffaf seçkilərin keçirilməsini tələb edəcəkdir (ABŞ səfirliyinin əməkdaşları mayın 1-dən etibarən həmin regiona mütəmadi həftəlik səfər planlaşdırır).


Müsavat regionlarda təşviqat aparır


4. İ.Qəmbər ABŞ səfirinə belə bir məlumat çatdırmışdır ki, Müsavat partiyası regionda mütəmadi forumlar keçirmək üçün ərazidə "İctimai inkişaf" adlı layihəni geçəkləşdirməyə başlayıb. O, təmsilçisi olduğu partiyanın regionda yenidənqurma işləri aparacağını və yerli təşkilat strukturlarını bu məsələyə cəlb edəcəyini bildirib. Onun dediyinə görə, yanvar ayında hər bir regionda görüşlər keçirilib və bu görüşlər aprel ayında da davam etdiriləcək. İ.Qəmbər yanvar ayında keçirilən və təkrar seçkilərə həsr olunan yığıncaqların bir neçəsində iştirak etdiyini bildirmiş və apreldə siyasi gündəliyin daha geniş surətdə müzakirə ediləcəyini bildirib. İ.Qəmbər hakimiyyət dairələrinin regionda iş aparmağı məhdudlaşdığını bildirmiş və xahiş etmişdir ki, yığıncaq, ictimai informasiya vasitələri azadlıqlarının və digər mülki hüquqların məhdudlaşdırılmasına son qoyulsun.


İ.Qəmbər İranın təzyiqindən narahatdır


5. İ.Qəmbər öz səfəri zamanı İranın və Rusiyanın regionlarda göstərdikləri təsir və təzyiqlərdən narahat olduğunu vurğulamışdır. O demişdir ki, rayonlar Bakıya nisbətən, parçalanmış formadadır, Rusiya və İranın bu ərazilərdə ABŞ-a qarşı güclü təsir və təşviqat şəbəkələri mövcuddur. İranın təşviqatı haqqında danışan İ.Qəmbər bu ölkənin başlıca diqqəti ABŞ-ın "sülhsevər" İrana hücum etdiyi vaxtda azərbaycanlıların "müsəlman qardaşları" ilə birgə olmasına qarşı yönəltdiyini bildirmişdir. İ.Qəmbərin dediyinə görə, noyabr seçkilərindən sonra ölkə ictimaiyyətinin bir hissəsinin ABŞ hökumətinə, onun yürütdüyü siyasətə etimadını itirdiyini və Qərb əleyhinə təşviqatın böyük rezorans yaratdığını bildirmişdir. İ.Qəmbər təmsilçisi olduğu Müsavat partiyasının bu təşviqata qarşı çıxdığını və İranın özünün Azərbaycana və dünyaya təhlükə törətdiyini bildirmişdir. Müsavat sədri İranın könüllü surətdə nüvə ambisiyasından əl çəkməsinin vacibliyini vurğulamışdır. ABŞ səfiri İ.Qəmbərə demişdir ki, təmsilçisi olduğu ölkə İranın nüvə probleminin diplomatik həllini tapmağa və Azərbaycanın cənub qonşusundan təhlükəsizliyini təmin etməyə çalışacaq.


Harniş

Digər xəbərlər