PDF Oxu

Araşdırma

  • 41

Ermənilər Ermənistanı birdəfəlik tərk edir

Ermənilər Ermənistanı birdəfəlik tərk edir

20 ildir ki, Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan Ermənistanda vəziyyət getdikcə acınacaqlı xarakter almaqdadır. Əhali kütləvi şəkildə xarici ölkələrə üz tutur. Xüsusilə də gənclər və yeniyetmələr, demək olar ki, Ermənistanda qalmayıb. Analitiklərin fikrincə, ağır vəziyyət bu cür davam edərsə, Ermənistan qocalar dövlətinə çevriləcək. Ölkənin ağır vəziyyətə düşməsinin səbəblərindən biri də Serj Sarkisyan faktorudur. Daim gənclərə işğalçılıq, yeni-yeni ərazilər zəbt etmək siyasəti aşılayan Sarkisyan heç vaxt ölkənin inkişafını düşünməyib (hərçənd ki, o, düşünmə qabiliyyətindən də qat-qat uzaqdır -A.R.).

Bundan əlavə, Sarkisyan kölə olmaq rolunu da çox gözəl bacarır və peşəkarcasına bunun öhdəsindən gəlir. Öz ölkəsini də forpost kimi dünyaya təqdim etməkdən belə çəkinmir. Oturduğu kürsüdə daimi qalmaq, maraqlarını həyata keçirmək üçün S.Sarkisyan öz millətini belə ölümə sürükləyər. Dağlıq Qarabağın işğalında güclü klana sahib olan Serj Sarkisyan riyakarcasını fəxr edə-edə belə bir "qəhrəman"lığının olduğunu söyləməkdən çəkinmir.

"Serj Sarkisyan 2008-ci ildə rəsmi Yerevanda kütləvi şəkildə insanları qətlə yetirərək, hakimiyyət başına gəldi. Terrorizmi dəstəkləyən bir ölkə başçısı sanki uşaqların, qocaların ölümündən həzz alır" deyə politoloq Elman Nəsirli qəzetimizə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məhz Sarkisyanın təcavüzkar siyasəti nəticəsində bu gün Ermənistan böhran içindədir: "İşğalçılıq siyasəti heç bir ölkəyə uğur gətirməyib. Küçə təfəkkürlü Sarkisyan hər cür iyrənc addımlar atmağa adət edib. Sarkisyan Ermənistanı tənəzzüldən, iflasdan azad etmək əvəzinə, təcavüzkarlıq və işğalçılıq siyasətini həyata keçirir. Ermənistan gələcəyi olmayan bir dövlətdir. Hətta təcavüzkar ölkənin konstitusiyasında belə başqa bir dövlətin ərazisinə qarşı ərazi iddiallarını reallaşdırmaq öz əksini tapıb. Ermənistan açıq-aşkar işğalçılıq siyasəti ilə məşğul olduğunu bəlli edir. Rusiyanın forpostu, ABŞ-ın əlaltısı olan Ermənistanın özünün bu gün real gücü, silah-sursatı, hərbi bazası yoxdur. Əgər nə isə varsa, o da nüvə dövləti olan Rusiyanındır. Rusiya, ABŞ, Fransa Ermənistanı maddi və mənəvi cəhətdən dəstəkyir. Bunun qarşılığında isə, Ermənistan həmin dövlətlərin marağını müdafiə edərək, işğalçılıq siyasəti həyata keçirir. Əgər Ermənistan adları sadalanan ölkələrin maraqlarından çıxış etməsi o zaman bir dövlət kimi darmadağın olar."

Ermənistanda keçirilən hərbi parada öz münasibətini bildirən politoloq Elman Nəsirli paradı hansısa bir qeyri-ciddi şouya bənzətdi. Açıq-aşkar görünürdü ki, paraddakı əsgərlər, silahlar Rusiyaya məxsusdur. Ermənistan öz biabırçı paradını nümayiş etdirməklə bir daha ölkə kimi öz imicinə kölgə saldı. Eyni zamanda, Azərbaycanla təcavüzkar Ermənistan arasında nə qədər böyük bir fərqin olduğunu hər kəs bir daha görmüş oldu. İşğalçı Ermənistan tək bir sahədə deyil, bütün sahələrdə qat-qat gücsüz və zəifdir. Azərbaycan isə, nüfuzlu bir dövlət olaraq, regionda hərbi-texniki təhcizatına görə ən güclü ölkədir: " Yarandığı ilk gündən etibarən, işğalçı ölkə başqaları üçün bir oyuncaq olub. Məsələ burasındadır ki, ölkəyə utanc gətirən belə bir addımları onlar nəinki utanmadan, çəkinmədən, əksinə, hər zaman fəxarətlə qeyd ediblər. Tarix boyu bu, belə olub.

E. Nəsirli qeyd etdi ki, son zamanlarda bunun daha açıq-aşkar qabarıq formasını görməkdəyik. İşğalçı ölkənin müstəqilliyi yalnız hansısa bir kağız üzərindədir. Ermənistan idarə edən yox, idarə olunandır. Nəticə ondadır ki, heç bir bazası, güclü təməli olmayan Ermənistan bu gün kölədir, idarə olunandır".


AYLANA RZAYEVA

Digər xəbərlər