PDF Oxu

Araşdırma

  • 47

Ermənistan acınacaqlı fiasko qarşısında

Ermənistan acınacaqlı fiasko qarşısında

Bütün türk dünyasının dahi lideri, Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı və şah əsəri olan Azərbaycan hər zaman uğura imza atıb. Dövlətimizin uğurları, xalqımızın sakit və firavan həyat sürməsi, bəzi daxili qüvvələr kimi, işğalçı Ermənistan rəhbərliyini də ciddi narahat edir. Güclü Silahlı Qüvvələrimiz, uğurla inkişaf edən iqtisadiyyatımız, düşünülmüş şəkildə yürüdülən siyasətimiz mövcuddur. Azərbaycanın növbəti uğuru isə, erməniləri sanki "depressiya" vəziyyətinə salıb.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Dağlıq Qarabağ münaqişəsinin həllində yeni imkanlar yaradacaq və ermənilər Azərbaycanla istəsələr də, istəməsələr də hesablaşmaq məcburiyyətində qalacaqlar.

"Əslində, işğalçı Ermənistanın rəhbərliyində kimin təmsil olunmasının Azərbaycan dövləti üçün heç bir əhəmiyyəti və önəmi yoxdur. Əsas məsələ odur ki, işğal altında olan torpaqlarımızı geri qaytaraq". Bu sözləri qəzetimizə açıqlamasında politoloq Elman Nəsirli bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin status-kvo vəziyyətini indiyədək qoruyub-saxlamağa cəhd etməsi Serj Sarkisyanın siyasi iradəsizliyindən irəli gəlir.

Digər bir məsələyə toxunan politoloq bildirib ki, artıq beynəlxalq aləmin Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində ciddi mövqe ortaya qoymasının tam zamanıdır: "Çox təəssüf ki, bu gün dünyanı maraqlar idarə edir. Dövlətimizin yerləşdiyi coğrafi məkan bir çox güc mərkəzlərinin maraqlarının toqquşduğu yerə təsadüf edir. Ona görə də, onlar bir neçə amildən qaynaqlanaraq Dağlıq Qarabağ problemini həll etməkdən uzadırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması Ermənistan üçün də yaxşı göstərici ola bilər. Ən azından, erməni əhalisinin aclıqdan, susuzluqdan əziyyət çəkməsinin qarşısı alınar. Azərbaycan bu gün öz çevrəsində kifayət qədər iqtisadi gücə, potensiala malikdir. Ermənistan isə, getdikcə zəifləyir, geriləyir, bununla yanaşı, işğalçılıq siyasətini davam etdirməkdən əl çəkmir. Lakin bir sıra güc mərkəzləri ermənilərin işğal faktoruna son qoymaq istəmirlər. Daim əlaltı rolunda olan Ermənistanı özlərinin forpostuna çevirərək oyuncaq kimi oynadırlar. Təəssüf ki, öz maraqları naminə müəyyən ölkələr Ermənistanın işğalçılıq siyasətinə göz yumaraq işğal olunan torpaqlarımızın geri qaytarılmasına maneçilik törədirlər.

Demək olar ki, təcavüzkar Ermənistanı silahlandıran dövlətlər arasında ABŞ və Rusiya öndə dayanır. Ermənistana təsir etmək, sanksiya tətbiq etmək əvəzinə, onu silahlandıran ölkə münaqişənin sülh yolu ilə həll olunmasına deyil, dondurulmasına və uzadılmasına xidmət edir. Rusiya, demək olar ki, işğalçı ölkənin Cənubi Qafqaz coğrafiyasında mövcudluğuna təminatçı və bu dövləti sıfırdan yaradan ölkədir. Ermənistan iqtisadiyyatının, resurslarının yarıdan çoxu məhz Rusiyadan asılıdır. Özünü dünyanın ən güclü dövlətlərindən biri olduğunu bildirən və hər zaman terrorizmə qarşı mübarizə aparan ölkə kimi göstərən ABŞ və Rusiya nəyə görə işğalçı ölkəni bu dərəcədə dəstəkləmədə davam edirlər? Məgər demokratiyadan danışan bir ölkənin ədalət prinsiplərinə belə bir addım uyğun gəlirmi? Təbii ki, yox. Bütün hallarda ABŞ və Rusiyanın Ermənistana ciddi təsir və təzyiq etmək imkanları var. Lakin bu ölkələr imkan və rıçaqlardan istifadə etmirlər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində qətiyyən maraqlı deyillər".

Politoloq vurğulayıb ki, hər zaman Azərbaycanın danışıqlar prosesində konstruktiv mövqe sərgiləyərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə çalışıb. Bu münaqişə yalnız və yalnız Ermənistanın qeyri-adekvat addımları ucbatından hələ də həll olunmamış vəziyyədə qalıb. Cənubi Qafqazda Ermənistan dövlətinin yaranması Azərbaycan xalqı tərəfindən ermənilərə edilən ən böyük güzəştdir. Daha bundan sonra ermənilərə güzəşt ediləcək bir qarış belə ərazimiz yoxdur. Azərbaycanın ərazi bütövlüyü hətta müzakirə mövzusu ola bilməz. Ermənilər böyük cəhdlə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa və daha sonra Dağlıq Qarabağı siyasi alver predmetinə çevirməyə səy göstərir. Bu isə, heç zaman baş tutan məsələ deyil. Ölkələrin ərazi bütövlüyü prinsipinə zidd olan addımların atılması Avropada qarşısıalınmaz proseslərin yaranacağına ciddi stimul olacaq. Azərbaycan heç zaman ərazilərinin işğalda qalması faktı ilə barışmayacaq.


AYLANA RZAYEVA

Digər xəbərlər