PDF Oxu

Araşdırma

  • 302

Ermənistanın vahiməsi...

Ermənistanın vahiməsi...

Son zamanlar işğalçı Ermənistanın bütün məqamlarda geriyə çəkilməsi, istər beynəlxalq, istərsə də daxili siyasətində ardıcıl fiaskolara uğraması bir daha sübut edir ki, bu ölkənin idarəçi rejimi heç bir məsələdə ciddi olmamaqla yanaşı, ümumilikdə, siyasət perelüdiyasının son akkordlarını vurur...

Və əslində, bu akkordların tarixi, yaxud tarixçəsi elə də uzaqlara gedib çıxmır. Bu gün Ermənistan iqtisadiyyatının sıfırlarla dolu olan rəqəm cədvəlləri, iqtisadi-monopolist rejimin çiçəklənməsi, aclıq, aclıqdan doğaraq artan cinayətlər, eləcə də, bu kimi digər anarxik meyillər deyilən vəziyyəti daha da gərginləşdirməkdədir. Erməni müxalifətinin bütövlükdə öz məqsəd və məramını ortaya qoyması isə tam əminliklə söyləməyə imkan verir ki, bu günkü Sarkisyan rejimi böyük dəryada saman çöpündən yapışaraq, siyasi buruğan məngənəsindən xilas olmaq istəyən varlığa daha çox bənzəyir. Bir sözlə, Ermənistan vahimə içərisində çabalayır.


Bunun daha bir səbəbi var


İşğalçı rejimi qorxudan daha bir səbəb isə, təbii ki, Azərbaycanın gücü və qüdrətidir. Bu gücün, qüdrətin qarşısında heç də əl-qol aça bilməyən Ermənistan hakimiyyəti daim bu qorxusunu aşkar şəkildə büruzə edib. İstər mədəniyyət, istər idman, istərsə də digər sahələrdə geri çəkilərək qaçmağı üstün tutan avtoritar Ermənistan hakimiyyəti bu addımlarını dəfələrlə təkrarlayıb. Məsələn, hələ 2006-cı ildə, 2006-cı ilin fevral ayında Azərbaycan və Ermənistan prezidentlərinin Paris yaxınlığındakı Rambuye sarayında görüşü zamanı eks-prezident Robert Köçəryanın qeyri-etik şəkildə həmin görüşü tərk etməsi hələ də hafizələrdən silinməyib. Xatırlatmaq yerinə düşərdi ki, Rambuye görüşündə R.Köçəryan ayaqyoluna getmək bəhanəsi ilə aradan çıxmışdı. Sonradan onun bu addımı beynəlxalq siyasi dairələrdə istehza və gülüş hədəfinə çevrilmişdi. Bu, həm də onun göstəricisi idi ki, Ermənistan daim Azərbaycanın haqq səsi qarşısında heç bir adekvat addım atmaq gücündə, marağında deyil. Bu cür addımlar beynəlxalq idman yarışlarında da kifayət qədər çox baş verib. Belə ki, yenə də 2006-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Nirlik kubokunun yarımfinalında ölkənin "Pünik" komandası Azərbaycanın "Neftçi" futbol klubu ilə oynamaqdan qorxaqcasına imtina etmişdi.

Təəssüf ki, Köçəryan rejimindən qətiyyən fərqlənməyən Sarkisyan rejimi də belə hallarda qaçmağı üstün tutur. Yəni ermənilər bütün səviyyələrdə Azərbaycanla qarşı-qarşıya gəlməkdən çəkinirlər. Səbəb də məhz budur. Təbii ki, o da mümkündür ki, bugünkü Ermənistan müxalifəti Sarkisyan rejimini devirsə belə, sabahkı iqtidar da bu tipli acizliklərini etiraf edən "siyasətlərini" yürütməyə davam edəcəklər.


Gah qondarma paradla, gah da boş açıqlamalarla "güclü" olmağı düşünmək gülüncdür


Bu gün Ermənistan dövlətinin qondarma parad keçirməsi belə onların qorxaqlıqlarını bariz şəkildə nümayiş etdirdi. Belə ki, sual yaranır: əgər Ermənistan dövləti, həqiqətən də, hərbi parad keçirməyi düşünürdüsə, nəyə görə bunu məhz Azərbaycan tərəfi möhtəşəm parad keçirdikdən sonra etdi? Özü də qondarma paradla sübuta yetirdi ki, Ermənistanın, həqiqətən də, heç bir silahlı qüvvəsi-filanı yoxdur. Ermənistan Rusiyanın forpostu olmaqla yanaşı, orada iki dövlətin bayrağı qaldırıldı. Erməni əsgərləri Rusiya bayrağı altından keçməklə, vassal olduqlarını sübut etdilər.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər