Hazırda reketçilik, şantaj və böhtan xarakterli fəaliyyətinə görə üç aylıq həbs cəzasına layiq görülən "Xural" qəzetinin baş reketi Əvəz Zeynallı özünü "təmizə" çıxarmaqdan ötrü az qala bütün iyrənc əməllərdən istifadə etməyə səylər göstərir. Həbsdə olmasına baxmayaraq, şəxsi vəkili vasitəsilə radikal müxalifət mətbuatında özünü "mələk" timsalında təqdim edən Ə.Zeynallı bununla Azərbaycan mətbuatının üz qarası olmasını inkar etməyə səy göstərir. Ancaq bütün bu cəhdlərə baxmayaraq, baş reket heç nəyə nail ola bilmir. Çünki bu adam zamanında o qədər ləyaqətsiz davranışlara yol verib ki, həmin davranışları bir-bir qarşısına çıxır və onun "mələk" olmadığını sıra sayı ilə sübut edir.
Binamusu müdafiə edən binamuslar
Ölkə ictimaiyyətində kifayət qədər nüfuzu olan insanlara, ictimai-siyasi xadimlərə, millət vəkillərinə, hətta jurnalistlərə qarşı şər-böhtan piarları aparmaqla qaz vurub-qazan doldurmaq istəyən "xuralçı" reket bu gün həmin əməllərinin mövcud qurbanına çevrilib. Belə ki, vətənpərvər, demokratik düşüncəli və cəmiyyət içində hörmət qazanan tanınmış millət vəkili Gülər xanım Əhmədovaya qarşı nalayiq hərəkət edən Ə.Zeynallı kimi nakişidən belə şərəfsizlikləri gözləməyə dəyərmiş...
Pulu öz doğmalarından, yaxınlarından da çox sevən "Xural"ın baş reketi öz ətrafına özü kimilərini yığmaqla ölkədə oturmadığı kol dibi qoymayıb. Ölkədə fəaliyyət göstərən idarə və müəssisələrdən tutmuş sahibkarlara, iş adamlarına qədər "qırmaq atan" reket baş yazar istədiyini almayanda, "tumanını başına" çəkərək haray-şüvən qoparırmış. Hətta qəzeti vasitəsilə namusu ilə çalışan şəxslərin ailələrinə belə qarayaxmalar yaxırmış. Bunun nə demək olduğunu isə hazırda ona hansısa səbəbdən dəstək verən müxalifət mətbuatının nümayəndələri bilməzlər. Çünki onlarda da şərəf-ləyaqət hissi yoxdur. Əgər olsaydı, əsil həqiqəti yazaraq, ictimaiyyətə doğru-dürüst məlumatlar verərdilər. Nə isə, radikal müxalifət mətbuatının həqiqətləri yazmayan binamus olduğunu hər kəs çox gözəl bilir. Çünki həmin binamuslar nəinki belə "adamları" müdafiə edirlər, hətta məsələni şişirdərək, öz təbirlərincə siyasiləşdirməyə çalışırlar.Yəni bunamusu da elə binamuslar müdafiə edir.
Sən demə...
Bəlli olmaqdadır ki, "Xural"ın baş reketinə qarşı məhkəmə iddiasının qaldırılması birinci hal deyilmiş. Yəni sonuncu məsələyə qədər də bu mövzuda hadisələr cərəyan edib və həmin hadisələrin sonradan həbsə qədər gedib çıxmaması üçün sadəcə humanizm prinsipləri müəyyən rol oynayıb. Belə ki, onun səhv etməsi, qələt etməsi məsələsi iddia qaldıran insanlarda məlhəmlik yaradıb. Məsələn, zamanında ölkə televiziyalarının birində müəllif teleaparıcısı olmuş tanınmış jurnalist, hazırda ictimai fəaliyyətini millət vəkili statusunda davam etdirən Etibar Hüseynovun mətbuata verdiyi açıqlamasından sonra məlum olmuşdur ki, Ə.Zeynallı ona qarşı da bəd əməllər törətməyə, şantaj etməyə cəhd göstəribmiş. Lakin onun əlində heç bir fakt, dəlil-sübut olmadığına görə, E.Hüseynov məhkəməyə müraciət etmişdir. Bundan qorxuya düşən "Xural"ın baş reketi digər mətbuat nümayəndələrinə ağız açıb, bağışlanmasını, qələt etdiyini dilə gətirib. Məhz bu hadisədən sonra E.Hüseynov onu bağışlayaraq, ərizəsini geri götürüb. Belə olaydan sonra, bir müddət özünü yığışdıran Ə.Zeynallı köhnə şakərindən geri qalmayaraq, bir müddət sonra yenə də həmin çirkin əməllərini reallaşdırmağa başladı ki, bu da hazırda onun aqibətinin nə ilə nəticələnməsini bir neçə gündür ki, göstərməkdədir.
Adolf Hitlerə "ata" deyən
"Xural" qəzetinin istiqamət götürdüyü "xətt" yalnız bununla da sona yetmir. Maraqlı məqamlardan biri də odur ki, Ə.Zeynallı öz qəzet səhifəsində İkinci Dünya müharibəsinin qaniçən füreri, milyonlarla insanın ölümünə imza atan Adolf Hitlerə "ata" deyə müraciət edib. Belə ki, Hitlerin "Mayn Kampf" ("Mənim Mübarizəm") adlı kitabının (xatırlatma: bu kitabın nəşri və yayılması dünya ölkələrində məqbul hesab olunmur və qadağandır) tərcüməsini "Xural" qəzetində dərc etdirən Ə.Zeynallı yazmışdı ki, Adolf Hitler nəinki faşist Almaniyasının, eləcə də, dünyanın mənəvi "atası" idi. Buradan belə çıxır ki, Hitlerə mənəvi "ata" deyən Ə.Zeynallı onu, həqiqətdə də, (yəni fiziki olaraq) "ata" kimi qəbul etməyə hazırdır (?!)
Bir sözlə, bu əməlinə görə də "Xural"ın baş reketi məhkəmə cəzasına məhkum edilmişdir - irqçiliyə, neonasizmə pərəstiş etdiyinə görə...
Lakin sonda daha bir nüansa da toxunmaq mümkündür ki, bu gün "jurnalistlik" fəaliyyəti altında vicdanını, şərəfini, ləyaqətini sataraq, həqiqi jurnalistlərə, namuslu insanlara qara yaxmaq, həmin qarayaxmalardan pul qazanmaq elə fahişəlik kimi bir şeydir. "Kişinin" isə fahişəsi yaman pis olar, deyirlər...
R.RƏSULOV