PDF Oxu

Araşdırma

  • 700

Müxalifətin çürük “İP”-i və ya kəndiri...

Müxalifətin çürük “İP”-i və ya kəndiri...

Özü kiçik, iddiası böyüklər...


Bəri başdan deyim, dünən eşitdim ki, bizim "demokratik və bürokratik", "mədəni və centlmen", bütün dünyada ən "sivil və səy" radikal müxalifət indi də gecə-gündüz baş sındırır ki, biz gərək NATO-ya alternativ qurum yaradaq. Paho, şəxsən mən inanıram, bunlardan nə desən çıxar. Bir dəfə də bu "qlobal" müxalifətçilər ABŞ-dakı seçkiləri boykot etmək istəyirmiş. Elə olub ki, Barak Obama başa düşüb ki, İsa Qəmbərov, Əli Kərimov, Pənah Hüseynov və Arif Hacıyev və s. seçkiləri boykot etsə, Amerikanın vəziyyəti ağır olacaq. Ona görə də onlarla razılığa gəlib. Nə isə, bu, başqa məsələ.

Keçək radikalların "İp"inə, yəni "İctimai Palata"sına. Radikal düşərgədə istefalar başlayan kimi bunlar bir dənə də "qurum" yaratdılar. Özü qurum olmasa da, amma adı belədir də. Vallah, gözəldir, 15-20 adam yığışıb bir yerə, kimin ürəyindən nə keçir, kimin ürəyi nə istəyir, kim kimi söymək istəyir başlayır danışmağa. Bir-iki gün bundan əvvəl Pənah Hüseynov "İP"-in dəli yığıncağında deyib ki, biz mərkəzi seçki komissiyası yaratmalıyıq. Vallah, adam istəyir ki, lap arsızlıqdan gülsün. Əşi, bu ölkənin Mərkəzi Seçki Komissiyasına nə gəlib..? A başınıza dönüm, adamın nə qədər partiyası, qurumu, təşkilatı olar!? Bir ara o fikirdə bulundular ki, guya "İctimai Palata"nı Milli Məclisə alternativ yaratmışıq. Elə ki, gördülər yox e, qardaş, bu "İp"-dən parlament-zad çıxmaz, keçdilər mərkəzi seçki komissiyası yaratmağa. Yəqin bir-iki aydan sonra bu fikirə düşəcəklər ki, özlərinə nazirlər kabineti, su idarəsi, kanalizasiya proseslərinə nəzarət idarəsi, canım sizə desin, balıq idarəsi, quşçular və quşbazlar mərkəzi və sairə yaradacaqlar. "NƏSİMİ" filmində Şeyx Əzəm demişkən, "şəkk eləməyin", kişilər dedisə edəcək.

Həm də ki, ay qardaşlar, bunların "İP"-inin üstünə odun yığmalı deyil. Bir balaca "mıkk" eləyən kimi şıllaq atırlar.

Dünən bir nəfər məndən soruşur ki, Əli Əliyev, Əli Kərimov (adı qənim olmuşlar), İsa Qəmbərov, Yusif Çığırzadə eyni şeylərdir? Dedim ki, eyni şey deyəndə, nəyi nəzərdə tutursan? Dedi ki, sən lap savadsızsanmış ki. Yəni müxalifət də. Kişi düz deyir də, "şey" deyəndə, gərək bunları başa düşəsən.


Müxalifətdə ən "ağıllı" adam...


Demişəm, yenə deyirəm, müxalifətdə ən "ağıllı" adam İsa Qəmbərovdur. Niyə? İndi mən sübut eləyim, siz də baxın. 2003-cü ilin oktyabrında bu əndrabadi insani-məxluqat insanları az qaldı ki, bir-birinə qırdırsın. Buna az sərf eləyir ki, kim ölə, kim qala. Həmin vaxt radikal müxalifətin başdan qrijaları düşdülər şəhərin canına, qabaqlarına nə çıxdısa, sındırıb dağıtdılar. Maşınları və dükanları yararsız vəziyyətə saldılar. Bəs İsa Qəmbərov (ermənilər ona xoş münasibətə görə İsa Qəmbəryan deyirlər) harda idi? Oturmuşdu evdə, vəziyyət haqqında tez-tez məlumat alırdı. Adama deyərlər, ay İsa "bəy", niyə sən də o səfehlərin kimi küçəyə çıxmamışdın? Axı lider dediyin gərək öndə ola. Hamıya söz gəldi, İsa "bəy"dən başqa. Şəhərdəki bütün dağıntılara səbəbkar o idi, amma məsuliyyətə cəlb olunmadı. Bax, ona görə də bu gün dil boğaza qoymur. Başqa tərəfdən, bu adam 3-4 dənə adamciyəzi öyrədib salıb cəmiyyətin canına. Ölkədə nə iş görülürsə, hamısına qara yaxmaqla məşğuldur. Bunların milli adətləridir, dildə milli bazlar, həqiqətdə "yanbazlar" göy-göyərti satan arvadlar kimi qışqırmaqdan yorulmurlar ki, yorulmurlar. Amma yenə də İsa "bəy"in adı bu qarayaxmalarda az hallanır. Maladesi-əhsəni-əla. "Siyasətçi" belə olar ha! İndi guya heç kəsin heç nədən xəbəri yoxdur. Bu adamın ən çox susduğu vaxtlardan biri Arif Hacıyev həbs olunanda idi. Axı İsa "bəy"ə burda sərf eləyən başqa məqamlar var axı. Necə ki, vaxtilə İbrahim İbrahimli və Sülhəddin Əkbərlə də arasında belə intriqalar yaranmışdı.


Samir FEYRUZOV


P.S. Bir gün bu "İP" keçəcək radikalların öz boğazına, bax, onda canlarını qurtarmağa adam axtaracaqlar ki, "İP"i kəssin.

Digər xəbərlər