PDF Oxu

Araşdırma

  • 50

Ermənistanın “nəfəs borusu” İrandır

Ermənistanın “nəfəs borusu” İrandır

"İranın ayrı-ayrı dini dairələri de-fakto, dünyaya saqqallarının gözü ilə baxırlar"

İranın ayrı-ayrı dini dairələri, faktiki olaraq, dünyaya saqqallarının gözü ilə baxırlar. Düşünürlər ki, regionda İranın müəyyən bir gücü, hərbi imkanları digər dövlətlər üçün nüfuz yaratmalıdır. Və bu ölkələr İran dövlətinin tərəfdarları kimi çıxış edərək, dünya birliyinə qarşı çıxarlar. Qısası, onlar öz aləmlərində müqəddəs bir savaş apardıqlarını zənn edirlər. Halbuki islam dinini İran qədər təhrif edən ikinci bir dövlət yoxdur. Hər kəs razılaşar ki, Avropanın, Qərbin vətəndaşlarının təsəvvüründəki islam modeli var. Hansı ki, o model düşmənçiliyi, terrorizmi prinsipsizliyi, ayrı-ayrı ölkələrin həyatına müdaxiləni qətiyyətlə rədd edir. İran İslam Respublikasının Konstitusiyası "la ilaha illallah" kəliməsi ilə başlayır. Amma özlərinə bəlli olan dini prinsipləri dövlət idarəçiliyinə daşımaqla dünya çapında 1979-cu ildən bu yana həyata keçirilən uğursuz siyasət islama ancaq xələl gətirib.

" De-fakto, dünyada islamafobiyanın əsas yaradıcısı İran dövləti olub. Müqəddəs islamın və ya Quranın buyurduqları hər bir kəsə bəllidir. Azərbaycanı dilini qoruyub-saxlasa da dini ənənələri pozmaqda ittiham edərək düşünürdülər ki, Azərbaycan Qərblə iqtisadi münasibətlərə girməklə hansısa mövqeyini güzəştə gedib. Bu isə, səhv düşüncə tərzinin məhsuludur." Bu sözləri qəzetimizə açıqlamasında millət vəkili Zahid Oruc bildirib. Millət vəkilinin sözlərinə görə, Xəzər üzərində qurulmuş modeli onlar öz təhlükəsizliyi üçün ziyanlı bir format sayırlar. Düşünürdülər ki, guya Xəzəri də İran dövlətinin sərəncamına verməliyik.

Müsahibim onu da vurğulayıb ki, hər zaman dini dəyərlərdən, müsəlman qayda-qanunlarından danışan İran dövləti özü heç zaman bu əməllərə riayət etməyib. Əgər belə olmasaydı, heç vaxt Azərbaycan ərazisinin 20 faizini işğal edən, bir milyondan artıq əhalisini məcburi qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edən işğalçı Ermənistanla həmrəy olmazdı. Ən azından, müsəlman adlı bir anlayışı hörmət edərdi. İslam kimi müqəddəs bir din altında birləşən xalqı deyil, xristian dinini üstün tutaraq, ermənilərlə yaxınlaşma heç də düzgün atılmış addım deyil. Məlum məsələdir ki, bu gün Ermənistan bir çox dövlətlərin, o cümlədən, İran tərəfinin dəstəyinə çox böyük ehtiyac duyur. İran isə, həmin dəstəyi Ermənistana verir və bu gün də verməkdədir. Bu gün ən geridə qalmış ölkələr siyahasında birinci yerdə dayanan Ermənistana nəyə görə İran dövləti yardım etməli, dəstək göstərməli, bir nəfəs borusu rolunu oynamalıdır. Demək olar ki, işğalçı ölkənin ərzaq təminatının 70 faizdən çox hissəsini İran İslam Respublikası həyata keçirir. Hətta bu azmış kimi, İran dövləti tranzit yolu vasitəsilə bir sıra narkotik maddələri məhz işğal altında olan Dağlıq Qarabağdan Ermənistana ötürür. Demək olar ki, İran dövləti bütün prinsiplərini, qayda-qanunlarını unudub. Sözdə din, adət, ənənədən, qardaşlıq, dostluq kəlmələrindən istifadə edən İran əməldə bütün bunların əksini edir. Bir zamanlar özünü Azərbaycan dövlətinin ən yaxın dostu hesab edən İran indi dövlətimizə qarşı zidd olan addımlar atır.

Aylana

Digər xəbərlər