PDF Oxu

Araşdırma

  • 392

İran Qərbin hədəfində...

İran Qərbin hədəfində...

- Rasim müəllim, İrana qarşı hərbi əməliyyatlar başlayarsa, bu, regionda ekoloji və demoqrafiq vəziyyət yarada bilərmi?

- Son zamanlar İran dövlətinə qarşı hərbi əməliyyatların başlanması məsələsi aktuallaşmaqdadır. Bu baxımdan, nüvə istehsalı hazırlamaqda israrlı olan İran da, regonda təhlükənin baş verməsinin qaçılmaz olduğunu hiss etməkdədir. Hər bir halda, İrana qarşı hərbi əməliyyatların başlanması böyük bir təhlükə yaradır, o cümlədən, Azərbaycan üçün. Çünki Azərbaycanın bir çox kommunikasiya xətləri təhlükə altına alına bilər. Naxçıvan Muxtar Respublikasının Azərbaycanla əlaqəsi İran ərazisindən həyata keçirildiyindən, burada müəyyən problemlər yaranar. Təbii ki, geniş hərbi əməliyyatlarda təhlükəli silah-sursatlardan istifadə olunarsa, ekoloji fəlakət bütün qonşu ölkələrə də yayılar. Xüsusən də, kütləvi insanların həyatı üçün böyük bir təhlükə yaranmış olacaq. Bu isə, məlum məsələdir ki, işsizliyin, məcburi qaçqınların çoxalmasına gətirib çıxaracaq. Azərbaycanla İran qonşu dövlət olduğu üçün bu təhlükənin ölkəmizə də təsirinin olması ehtimalı var. Düşünürəm ki, İran dövlətinin yaxın zamanlarda vurulması ilə bağlı səslənən hədələr gerçəkləşməyəcək. Zaman-zaman İran rəsmiləri Azərbaycan əleyhinə böhtan, şər xarakterli məlumatlar verir, bəyanatlar yayırdı. Vaxt var idi ki, İran dövləti ABŞ-ı, İsraili özünə dost-qardaş bilmişdir. Bu dostluğun, qardaşlığın sonu bu gün hər kəsə bəllidir. Sadəcə olaraq, rəsmi Tehran heç zaman dolğun, dəqiq düşünə və proqnozlaşdırlan siyasət müəyyənləşdirə bilməyib. Ona görə də, bu gün problemlər içində çabalayır və müharibə ilə hədələnir. Əgər İran, doğrudan da, islami dəyərləri üstün tuturdusa, o zaman müsəlmanları qıran, əzab və işgəncə ilə qətlə yetirən ermənilərə dəstək çıxmazdı.

- İranın molla rejiminin devrilməsindən dünya nə əldə edəcək?

- Düşünürəm ki, İran xalqını indi molla rejimi və nüvə silahı ilə bağlı narahatçılıq hissi var. Əsas məsələ narahatçılığı aradan götürməkdir. Digər maraqlı bir məqam da ondan ibarətdir ki, Amerika və İsrail dünyada İranın ən birinci düşməni kimi qəbul olunsa da, əslində, İran dövləti özünə ən böyük rəqib kimi Azərbaycanı görür. Çünki Azərbaycanın bir dövlət kimi hər sahədə güclənməsi rəsmi Tehranın qısqanclığına səbəb olur. Başlarını əmmamə və çadra altında gizlətməklə uğurumuzu qısqanmalarını bütün proseslərdə biruzə verirlər. Dövlətimiz haqqında yalanlar danışmaq, tariximizi təhrif etmək, demək olar ki, İranın bir növ məşğuliyyətidir. Ölkəmizin tək xarici deyil, daxili siyasətinə də müdaxilə edirlər. Müasirlikdən, plüralizmdən uzaq olan İran öz müti molla və fars rejiminin cəngində boğulacaq. Düşmənini və dostunu dəqiq müəyyənləşdirə bilməyən İran səhv yolda olduğunu bir gün, nəhayət ki, anlayacaq. O zaman isə, İran üçün artıq gec olacaq.

- İddialara görə, bəzi ölkələrin, xüsusən də, ABŞ, Fransa, İngiltərə, İsrail və İtaliyanın ciddi maliyyə böhranı keçirməsi onları başqa dövlətlərə qarşı çıxış yolu kimi müharibə aparmağı görüblər. Bu iddia nə dərcədə əsaslıdır?

- Dünyada təhlükəli müharibələrdən heç bir ölkə xeyir və qazanc götürməyib. ABŞ İraq müharibəsinə 500 milyard dollar xərc çəkib. Bu isə, dövlət büdcəsində çox böyük boşluqlara gətirib çıxarıb. Əfqanıstanda 150-200 milyard dollar civarında maliyyə itirib. Bu baxımdan müharibələr heç də büdcənin maliyyə krizisini aradan qaldırmağa qətiyyən xidmət etmir.

- Rasim müəllim, regionda ictimai-siyasi sabitliyin pozulması ilə işğalçı Ermənistanın İran və Rusiyadan imtina edərək, Qərbə meyillənməsini proqnozlaşdırmaq olarmı?

- Düşünmürəm. İran təcavüzkar Ermənistanda söz sahibi olub. Və son zamanlar da bunun dəyişməsini qətiyyən gözləmirəm.


Aylana RZAYEVA

Digər xəbərlər