PDF Oxu

Araşdırma

  • 71

İranın anti-Azərbaycan kampaniyası

İranın anti-Azərbaycan kampaniyası

Bu gün İran dövləti ABŞ-ın və İsrailin hədəfindədir. İran hər an ona qarşı müharibənin başlaması təhlükəsi ilə yaşayır və bunun qaçılmaz olduğunu hiss etməkdədir. Söz yox ki, geniş hərbi əməliyyatların aparılması fonunda təhlükəli silah-sursatlardan istifadə olunarsa, demoqrafik və ekoloji fəlakət yarana bilər.

Azərbaycan İranla qonşu dövlət olduğu üçün bu təhlükənin ölkəmizə də təsirinin olması ehtimalı var. Təbii ki, Azərbaycan İrana qarşı hərbi əməliyyatların aparılmasını istəmir. Əksinə, İranda ictimai siyasi sabitliyin olmasını arzu edir. Baxmayaraq ki, İran rəsmi dairələri zaman-zaman Azərbaycana qarşı məkrli siyasət yeridib. Bu gün də ənənəvi amplualarından çıxış edən İran rəsmiləri Azərbaycan əleyhinə böhtan, şər xarakterli məlumatlar verir, bəyanatlar yayırlar. Əgər İran, doğrudan da, islami dəyərləri üstün tuturdusa, o zaman müsəlmanları qıran, əzab və işgəncə ilə qətlə yetirən ermənilərə dəstək çıxmazdı. Politoloq Qabil Hüseynli "Səs"ə verdiyi açıqlamasında bildirdi ki, əslində, dünya birliyi molla rejiminin devrilməsindən heç nə əldə edə bilməyəcək. Bu gün molla rejiminin devrilməsi və nüvə silahının hazırlanması ilə bağlı İranda çox böyük narahatçılıq mövcuddur. İran üçün bu dəqiqə əsas məsələ həmin narahatçılığı aradan qaldırmaqdan ibarətdir.

Q.Hüseynlinin sözlərinə görə, İran dövləti özünə ən böyük və güclü rəqib kimi Azərbaycan dövlətini görür. Çünki Azərbaycanın bir dövlət kimi hər sahədə güclənməsi rəsmi Tehranın qısqanclığına və paxıllığına səbəb olur. Başlarını əmmamə və çadra altında gizlətməklə uğurumuzu qısqanmalarını bütün proseslərdə, hadisələrdə büruzə verirlər. Azərbaycan dövləti haqqında yalanlar danışmaq, şər, böhtan kampaniyası aparmaq, tariximizi təhrif etmək demək olar ki, İranın bir növ sevimli məşğuliyyətidir.

Politoloqun sözlərinə görə, bütün dünyada təhlükəli müharibələrdən, zərərli vərdişlərdən heç bir ölkə xeyir və qazanc götürməyib. ABŞ İraqda 500 milyard dollar xərc çəkib. Bu isə, dövlət büdcəsində çox böyük boşluqlara gətirib çıxarıb. Əfqanıstanda 150-200 milyard dollar civarında maliyyə itirib. Bu baxımdan müharibələr heç də büdcənin maliyyə böhranını aradan qaldırmağa qətiyyən xidmət etmir.

"Regionda ictimai-siyasi sabitliyin pozulması ilə Ermənistanın İran və Rusiyadan imtina edərək Qərbə meyillənməsini proqnozlaşdırmaq olarmı" sualına cavab olaraq politoloq söyləyib ki, bunun belə olacağını düşünmürəm. İran dövləti işğalçı Ermənistanda, demək olar ki, söz sahibi olub. Və yaxın vaxtlarda da belə bir vəziyyətin dəyişməsini qətiyyən gözləmirəm.

İran və Azərbaycan münasibətlərinə aydınlıq gətirən Q.Hüseynli söyləyib ki, rəsmi Tehranın ölkəmizin əleyhinə yönəlmiş qondarma oyunları bir növ Ermənistana dəstək verməyə hesablanıb. Separatçı Ermənistanı ruhlandırmaq naminə müxtəlif təxribat xarakterli sərsəm addımlar sərgiləyirlər. İran rəsmilərinin qəlbləri islam sevgisi ilə alışıb-yanmır. Əgər belə olsa idi, o zaman öz bacı qardaşlarına qarşı çıxacaq sərsəm bəyanatlar söyləməzdilər. İranın ikili oyun oynadığını vurğulayan Q. Hüseynli Ermənistanın və İranın totalitar dövlətlər olduğunu qeyd edib. İran dövləti müsəlman adət-ənənələri adı altında insanları sərt bir rejimdə saxlayır. İran və Ermənistan mahiyyət etibarilə, yaxın olduqlarına görə, bir-birinə də çox zaman dəstək verirlər. Bəlkə də İran Ermənistana dəstək və dayaq verməklə, Amerikanın müəyyən dərəcədə bu ölkəyə qarşı hardasa "yumşalmasını" təmin edir.


AYLANA RZAYEVA

Digər xəbərlər