PDF Oxu

Araşdırma

  • 210

Serj Sarkisyanın sərsəm siyasəti Ermənistanı məhvə sürükləyir

Serj Sarkisyanın sərsəm siyasəti Ermənistanı məhvə sürükləyir

Bu gün Ermənistanın bütün sahələrində acınacaqlı vəziyyət hökm sürür. Müəssisələr öz fəaliyyətlərini dayandırıb və bununla da kütləvi işsizlik problemləri yaranıb. Ölkəyə xaricdən ən cüzi yardım belə olmasa, qətiyyən Ermənistan özü-özünü təmin edəcək gücə malik deyil. Millət vəkili Fəzail Ağamalının qəzetimizə verdiyi açıqlamasına görə, bu gün erməni mətbuatı da həyəcan təbili çalmaqdadır. Rüşvətxor, cinayətkar və korrupsioner bir qrup tərəfindən idarə olunan rejim heç vaxt ölkəyə müsbət nəticə gətirə bilməz. Erməni məmurları ilə adi insanlar arasında çox böyük uçurum yaranıb. Ermənistanın bütün dövlət məmurları, yüksək təbəqəyə malik insanları sıravi əhaliyə qarşı çox böyük haqsızlıq edir, onların problemlərini və şikayətlərini dinləmədən qovurlar. Ona görə də, əhali nicat yolunu Ermənistanı tərk etməkdə görür.

Millət vəkili onu da söyləyib ki, hətta bir neçə erməni əsgəri acınacaqlı vəziyyətdən qurtulmaq üçün Azərbaycan sərhədinə keçib. Bu isə, bir daha Ermənistanın nə dərəcədə pis durumda olmasından xəbər verir. Haqsızlıq və ədalətsizlik separatçı Ermənistanı mühacirətə sürükləyir. Çox qısa müddətdən sonra bütün ermənilər tamamilə ölkəni tərk edəcəklər. Onsuz da ermənilər öz sərsəm bəyanatları, düşüncələri ilə özlərini bütün dünyadan təcrid vəziyyətinə salıblar.

F.Ağamalı qeyd edib ki, Azərbaycan ərazisi olan Dağlıq Qarabağın ermənilər tərəfindən müstəqil bir qurum kimi beynəlxalq miqyasda tanıdılması qeyri-mümkündür. Ermənilərin dünyada apardıqları təbliğat heç zaman öz bəhrəsini verməyib. Onlar nə qədər Azərbaycan əleyhinə təbliğat aparsalar da, yalan və şər xarakterli məlumatlar yaysalar belə, beynəlxalq sənədlərdə Azərbaycanın zəbt altında olan torpaqları ermənilər tərəfindən indi işğal olunmuş ərazilər kimi tanıdılıb. Lakin bir çox ölkələr indiyə qədər separatçı Ermənistanı adı ilə tanımayıb. Təbii ki, həmin ölkələrin də bir gün öz mövqelərini dəyişəcəyinə və ölkəmizin haqlı, ədalətli mövqeyini dəstəkləyəcəyinə inanırıq. Demək olar ki, bu gün separatçı ölkə regionda bütün layihələrdən kənarlaşdırılıb və ən zəif inkişaf etmiş ölkələr sırasında birinci yerdədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi çox ciddi şəkildə təcavüzkar Ermənistanın daxilinə ağır formada öz təsirini göstərməkdədir. F.Ağamalı açıqlamasında söyləyib ki, mənfur ermənilər Azərbaycan ərazilərini işğal edə-edə aparılan danışıqlar prosesində ölkəmizin qeyri-müəyyən mövqe tutmasını həyasızcasına qeyd edirlər. Separatçıların bu cür addımları açıq-aşkar həyasızlıqdır. Ərazilərimizi zəbt etdikləri azmış kimi, üstəlik işğalçılıq mövqeyindədirlər. Bu azmış kimi, üstəlik, işğal etdikləri dövlətdən konstruktivlik nümayiş etdirməyi tələb edirlər.

Millət vəkili bildirib ki, Ermənistanın hərbi potensialı, demək olar ki, yox dərəcəsindədir. Rusiyanın, İranın və Amerikanın hesabına silah-sursat, əsgər əldə edə bilib. Və bununla da, Serj Sarkisyan rejimi çox böyük fəxr hissi keçirir. Reallıqda isə, bu həmin ölkəyə başucalığı gətirmir, əksinə, kölə vəziyyətində olmasına bir daha əyani şəkildə təsdiq edir. Rusiyanın forpostu rolunda çıxış edən Ermənistana əgər kənar ölkələrdən dəstək gəlməsə, o, heç zaman Dağlıq Qarabağ münaqişəsində və status-kvonun saxlanılmasında bu qədər "israrlı" olmazdı. Ermənilər də çox yaxşı bilir və dərk edirlər ki, onların Azərbaycan kimi böyük bir hərbi potensiala sahib olan dövlətlə mübarizə aparmaları qeyri-mümkündür. Bütün hallarda Azərbaycan Silahlı Qüvvələri Ermənistanı darmadağın etməyə və erməni separatçılarını Qarabağdan çıxarmağa qadirdir.


Aylana RZAYEVA

Digər xəbərlər