PDF Oxu

Araşdırma

  • 2 611

Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumu keçirilib

Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumu keçirilib

Nazirliyin rəsmisi tərəfindən Azərbaycanda turizmin inkişafı, həmçinin, ölkəmizdə artıq fəaliyyət göstərən və turistlər tərəfindən ziyarət olunan regional mədəni turizm marşrutları haqqında da ətraflı məlumatlar verilmişdir.

Lüksemburq Böyük Hersoqluğunun Lüksemburq şəhərində Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumu keçirilib. Forumda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini-daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov iştirak edib. Forumda məruzəçilər tərəfindən "Avropa Şurasının Mədəni Marşrutlarının yeni mərhələsi", "Mədəni marşrutların strateji perspektivləri və əldə olunan birgə səmərəli nəticələr", "Avropa Birliyinin 2014-2021-ci illər üzrə mədəni marşrutların inkişaf planı" və "Avropanın Hissəvi Sazişi çərçivəsində Avropa Mədəni Marşrutlar İnstitutunun vəzifələri" və mədəni marşrutların müvafiq sahələrin inkişafına göstərdiyi təsiri, brendləşdirilməsi, yeni texnologiyalardan istifadəsi mövzularında çıxışlar olub.

Forumun keçirildiyi zaman Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış və hal-hazırda fəaliyyətdə olan müxtəlif marşrutların təqdimatı da təşkil olunub. Məlumat üçün bildirim ki, Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən 21 beynəlxalq mədəni turizm marşrutu sertifikatlaşdırılmışdır.

Forum zamanı nazirliyin nümayəndəsi Avropa Mədəni Marşrutlar İnstitutunun direktoru cənab Mişel Tomas-Penet, Avropa Hissəvi Sazişin prezidenti xanım Elke Altzer və icraçı katibi xanım Penelop Denu ilə görüş keçirilib. Məhsuldar keçən görüşdə Azərbaycanda mövcud olan beynəlxalq mədəni turizm marşrutları, xüsusən də, Avropa Şurasının Kiyev təşəbbüsü layihəsi tərəfindən dəstəklənən Aleksandr Düma Qafqazda regional mədəni turizm marşrutu ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda mədəni marşrutların mövcud vəziyyəti, Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən Aleksandr Düma Qafqazda mədəni marşrutuna beynəlxalq sertifikatın verilməsi, Azərbaycanın Avropada fəaliyyət göstərən mədəni marşrutlara inteqrasiya olunması imkanları və aidiyyəti sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi görüşün əsas mövzusu olub. Nazirliyin rəsmisi tərəfindən Azərbaycanda turizmin inkişafı, həmçinin, ölkəmizdə artıq fəaliyyət göstərən və turistlər tərəfindən ziyarət olunan regional mədəni turizm marşrutları haqqında da ətraflı məlumatlar verilib.

NƏZAKƏT

Digər xəbərlər