PDF Oxu

Araşdırma

  • 140

“Ermənistan yalnız bəhanələrlə münaqişənin həllini uzatmağa çalışır”

“Ermənistan yalnız bəhanələrlə münaqişənin həllini uzatmağa çalışır”

"Artıq dünya ictimaiyyətini erməni yalanlarına inandırmaq çətin məsələdir". Bu fikri Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, beynəlxalq müstəvidə Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətində Azərbaycanın siyasəti müsbət nəticələrini verməkdədir. Onun sözlərinə görə, bir sıra beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi haqda sənədlər qəbul edib və həmin sənədlərdə Azərbaycan torpaqlarının işğal olunması faktı əksini tapıb. "Əlbəttə ki, bu sənədlərin böyük əhəmiyyəti var. Danışıqlar prosesində biz bu sənədlərə istinad edirik və mövqeyimiz beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Ermənistan tərəfinin isə istinad edə biləcəyi heç bir beynəlxalq sənəd yoxdur. Ona görə də, işğalçı dövlət yalnız bəhanələrlə münaqişənin həllini uzatmağa çalışır"- deyə, deputat vurğulayıb.

Digər xəbərlər