PDF Oxu

Araşdırma

  • 561

ABŞ nədən çökür?

ABŞ nədən çökür?

ABŞ-ı bürümüş kütləvi iğtişaşlar artıq dünyanın digər dövlətlərində də tendensiya şəklini alıb. Amerikada nə baş verir? Bu yaxınlaradək dünyanın ən qüdrətli, ən varlı dövləti sayılan ABŞ nədən böhrana girib? Neoliberalizmə söykəndiyini iddia edən kapitalist ölkənin iqtisadi sistemi niyə çökür? Bu yazıda bu sualların cavablarını tapmağa çalışacağıq.

Demokratiya adı altında imperialist maraqlar


Son illərdə dünyanın qaynar nöqtələrinə təcavüz edən ABŞ uğursuzluq zolağından çıxa bilmir. Öncə Koreya, Vyetnam, sonra Əfqanıstan, İraq, Liviya... Dünya jandarmı vəzifəsinə özbaşına yiyələnmiş "samozvanets" dövlət çökməkdə olan iqtisadiyyatını xilas etmək üçün dünyada durmadan xaos və müharibə ssenariləri hazırlayıb həyata keçirir.

Hazırda Amerika xarici siyasətini 2 əsas komponent təşkil edir: siyasi və iqtisadi maraqlar. Siyasi sistem məsələsi, daha doğrusu, bu ad altında yürüdülən siyasət Vaşinqtonun xarici siyasətində həmişə güclü rol oynayıb və beynəlxalq vəziyyətdən asılı olaraq, gah strateji xarakter alıb (İkinci Dünya müharibəsindən sonra), gah da əksinə. Başqa sözlə desək, əsas məsələ kapitalizmlə sosializmin mübarizəsində üstün gəlmək idi. ABŞ anqlo-sakson müttəfiqlərinin də köməyi ilə bu vəzifənin öhdəsindən gəldi. Amma bu qələbəni "Pirr qələbəsi" adlandırmaq daha doğru olardı. Çünki Vaşinqton yarım əsrlik mübarizədə o qədər güc, trilyonlarla ölçüləcək qədər böyük vəsait sərf etdi ki, bu qələbənin eyforiyasından çıxa bilməmiş qapının ağzını kəsdirən qonaqları- sosial, iqtisadi, siyasi böhranları qarşılamalı oldu...


İqtisadi və hərbi hegemoniyanı saxlama siyasəti


Siyasi və strateji baxımdan, Amerikanın bugünkü durumu heç də yaxşı deyil. Əslində, çox pisdir demək daha doğru olardı. Bu üzdən ABŞ öz həyat səviyyəsinə zəruri olan dünya hegemoniyasını təmin etməyə çalışır. Bu məqsədlə hazırlanmış qlobal strategiyanın hədəfi zəif rəqib (üçüncü dünya ölkələri) seçməkdən ibarətdir. Bunlar Amerikanın hərbi gücünü nümayiş etdirməkdə bir növ səhnə rolunu oynayırlar.

Vaşinqton belə dövlətləri təyin etmək üçün "rogue state" (fırıldaqçı dövlət) konsepsiyasını hazırlayaraq ön plana çəkir. Əsas hədəf olaraq İraq, İran, Misir, Liviya, Şimali Koreya kimi ölkələr seçilir. Məqsəd zəif dövlətə qarşı gücünü nümayiş etdirərək, Amerikanın gücünü dəyərləndirmək və əsas rəqiblərinə onun hələ də güclü olduğunu çatdırmaqdır.

Belə bir siyasət daha çox qeyri-sabitliyi artırır, sülhü və əmin-amanlığı bərqərar etməyə heç bir kömək göstərmir. Əfqanıstan kimi, İraq müharibəsi də Amerikanın güc məntiqinə hesablanmışdı. Lakin hər ikisində iflasa uğradı. Əfqanıstan deyildiyi kimi imperiyalar buraya məhv olmaq üçün gəlirlər.

Yaxın Şərq və Uzaq Şərq planları baş tutmayan Ağ Ev artıq ölkələrə iqtisadi, siyasi təzyiq vasitələrini itirdikdən sonra son çarə kimi hərbi təcavüzlərə əl atır. ABŞ-ın dövlət qurumları kimi fəaliyyət göstərən beynəlxalq təşkilatlar və maliyyə qurumları isə labüd böhranın qəfildən gələcəyini belə pronozlaşdıra bilməmişdilər.

Hazırda kapitalist ölkələrini bürüməkdə olan böhranlar və xalqın etiraz dalğaları kapitalist iqtisadi sisteminin çöküşünün simptomlarıdır. Total bərabərsizliyə etiraz edən zəhmətkeşlərin polis gücünə işgəncə və həbsə məruz qalmasına görə cavab veriləcək.

Dünyanın güc balansı dəyişir?


Qeyd etmək lazımdır ki, SSRİ-nin dağılmasından sonra zəif duruma düşmüş Rusiya öz beynəlxalq mövqelərini və nüfuz dairələrini bir-birinin ardınca geri qaytarmağa başlayıb.

Artıq güclü Rusiya ilə mübarizə ABŞ-ı daha çox qüvvə və vəsait sərf etməyə məcbur edir ki, bunun da öhdəsindən gəlmək mümkün deyil. Üstəlik, dünya bazarlarını sürətlə zəbt edən Çin faktoru da, ABŞ-ın dünya iqtisadiyyatındakı hegemonluğunu zəiflədib.

Rusiya Qərbi Avropada Fransaya və Almaniyaya onların enerji ehtiyaclarını təmin etməyi təklif edir, digər tərəfdən Çinlə münasibətlərə xüsusi diqqət yetirir ki, bu da birinci güc dövlətinin dünyada tutduğu yerinin zəifləməsinə gətirib çıxarır.

Beləliklə, Amerikanın dünya hegemonluğunu saxlamağa yönəlmiş xarici siyasəti çox mürəkkəb xarakter daşıyır və çoxlu çatışmazlıqlarla müşahidə olunur. Bu siyasət MDB məkanında qütbləşməni daha da kəskinləşdirir. Ukrayna, Qırğızıstan, Gürcüstanda gizli ABŞ-Rusiya qarşıdurması bu ölkələrə fəlakət gətirdi.

Azərbaycana gəldikdə, ölkəmizin heç kimdən iqtisadi asılılığı yoxdur. Həm Rusiya, həm ABŞ, həm Çin, həm də Avropa ilə münasibətlər sivil müstəvidə və qarşılıqlı maraqlar əsasında qurulur. Həm də Azərbaycanda xarici təsirlər minimum səviyyədə olduğundan burada digər ölkələrdə sınaqdan çıxarılan strategiyalar səmərə vermir.


Elçin Bayramlı

Digər xəbərlər