PDF Oxu

Araşdırma

  • 264

“Amnesty İnternational” bu dəfə də narkomanlara dəstək verir

“Amnesty İnternational” bu dəfə də narkomanlara dəstək verir

Son günlər "Amnesty İnternational" adlı qondarma beynəlxalq "hüquq-müdafiə" təşkilatı digər anti-Azərbaycan meyilli xarici qüvvələrin və yerli radikal müxalifət partiyalarının sifarişləri, o cümlədən, xaricdəki erməni lobbisinin verdiyi külli miqdarda rüşvətlər hesabına ölkəmiz haqqında qeyri-ciddi, faktlara əsaslanmayan bəyanatlar səsləndirməkdədir. Xatırladaq ki, "Amnesty İnternational" bu cür tədbirlərini məqsədli olaraq, davamlı şəkildə həyata keçirir və həmin məqsədli tədbirlər ölkə ictimaiyyəti, eyni zamanda, beynəlxalq dairələr tərəfindən ciddi qəbul olunmur.

Lakin adıçəkilən təşkilat çirkin niyyətlərindən əl çəkməyərək, hər dəfə özünün hansı çirkablar içində olduğunu ifşa edir. Daha dəqiq desək, aparılan araşdırmalardan bəlli olub ki, sən demə, "Amnesty İnternational" təşkilatının tərkibində çalışanların əksər çoxluğu içki düşkünü və narkotikə meyilli adamlardırlar.

Görünür, sözügedən təşkilatın budəfəki bəyanatı da bilavasitə bir narkomanın - AXCP (i) gənclər təşkilatının üzvü Cabbar Savalanlının azadlığa buraxılması tələbi ilə bağlı olub. Belə ki, "Amnesty İnternational" bütün beynəlxalq norma və çərçivələrini aşaraq, Azərbaycan məhkəməsinə də çirkab atamağa cəhd göstərib. Qondarma təşkilat narkotik maddələrini saxlama və istifadə etdiyinə görə həbs edilmiş C.Savalanlı barədə Azərbaycan Ali Məhkəməsinin qərarını öz təbirincə "pisləyib" və onun dərhal azadlığa buraxılmasını tələb edib (?!)

Hətta bir az da irəli gedərək, Azərbaycan məhkəməsi barədə məntiqsiz fikirlər səsləndirib. Maraqlıdır ki, "Amnesty İnternational" nəyə görə son bir neçə aydır ki, ABŞ-da baş verən hadisələrə qiymət vermir, oradakı zorakılıqları, siyasi həbsləri qınamır? Hansı səbəbdən "Amnesty İnternational" İngiltərədə hələ də davam edən blogger ovuna münasibət bildirmir, bu ölkələrin məhkəmə qərarlarına qarşı məqsədli reaksiyalarla çıxış etmir? Çünki bu cür mövqe tutmaq onlara sərf etmir. Çünki həmin mövqenin sərgilənməsi "Amnesty İnternational"ın bağlanması, fəaliyyətinin sona çatması ilə nəticələnə bilər...

Ancaq təşkilatın hansısa narkomanın müdafiə olunması ətrafında var-gəl etməsi, dəridən-qabıqdan çıxması arxasında, yuxarıda qeyd etdiyimiz kimi, müəyyən maraqlı məqamlar dayanıb. Məsələn, bəlli olub ki, adıçəkilən təşkilatın Avropa üzrə proqram rəhbərinin müavini Con Daulsenin qaranlıq keçmişi (hesabatları hazırlayan da məhz bu şəxsdir-R.R.) mövcuddur. C.Daulsen zamanında narkoloji dispanserdə uzunmüddətli müalicə alıb və oradan çıxdıqdan sonra, narkotik aludəçiliyini taksomanlıqla (kəskin qoxulu yapışdırıcıları, aseton maddələri, ayaqqabı boyalarını iyləməklə sərxoş olma-R.R.) alkaqollu içkilərin aşırı qəbulu ilə davam etdirib. Hazırda da bu adamı ayıq-sayıq görən olmayıb. Və belə bir adamın narkomanların müdafiəsinə qalxması arxasında "həmrəyliyin" olması şəksizdir. Sərxoş, taksoman və alkaş mr. Conunun hər hansı qanun aliliyindən öz şəxsi maraqları çərçivəsində danışması bu adamın nə qədər psixi çatışmazlıqlara məruz qalmasını ehtiva edir. Eləcə də, "Amnesty İnternational"lın tərkibində fəaliyyət göstərən və onları müdafiə edən radikal müxalifət liderlərinin də bu tipli əyyaş olmaları dəfələrlə sübuta yetirilib. Buna misal kimi, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun alkoqolik timsalını, Eynulla Fətullayevin anaşa çəkməsini, Emil Millinin ekstaz həblərə aludəçiliyini və digər bu kimi hadisələri göstərmək mümkündür.

R.RƏSULOV

Digər xəbərlər