Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi onu Avropada daha çox tanıdacaq. SİA-nın verdiyi xəbərə görə, bunu Bakıda işə başlayan "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib.
O deyib ki, Azərbaycan Avropaya inteqrasiya edir və bu istiqamətdə müəyyən işlər görür: "Hər bir güclü ölkə həmin dövlətin yaxşı idarəçilik sistemindən asılıdır. Hər bir dövlət üçün demokratiya və insan haqlarının qorunmaslı prioritet olmalıdır. Biz Azərbaycanın bu istiqamətdə çalışdığının şahidiyik".
R.Kobianın sözlərinə görə, hər bir dövlətdə korrupsiya ilə mübarizə və şəffaflığın qorunması vacib əhəmiyyət daşımalıdır: "Azərbaycan Avropanın bir hissəsi olduğu üçün bu istiqamətdə səylərini əsirgəməməlidir. Bu, ilk baxışdan çox çətin görünsə də Azərbaycan Avropa İttifaqına addım-addım inteqrasiya edir. Azərbaycanın Avropada olması üçün yaxşı şansları var".