PDF Oxu

Araşdırma

  • 176

Azərbaycandakı Rusiya vətəndaşları “Yedinaya Rossiya” Partiyasına üstünlük veriblər

Azərbaycandakı Rusiya vətəndaşları “Yedinaya Rossiya” Partiyasına üstünlük veriblər

Azərbaycanda yaşayan Rusiya vətəndaşları RF Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya" (Vahid Rusiya) Partiyasına üstünlük veriblər. "Yedinaya Rossiya" dekabrın 4-də Azərbaycan ərazisində təşkil edilən Dövlət Dumasına keçirilən səsvermədə seçicilərin əksəriyyətinin səsini (56,95 faiz) qazanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilən məlumatında deyilir. Dekabrın 4-də Rusiya Federasiyasının Federal Məclisinin 6-cı çağırış Dövlət Dumasına keçirilən seçkilərdə Rusiyanın Azərbaycandakı səfirliyinin konsul bölməsində qeydiyyatda olan 6330 Rusiya vətəndaşından 1654 nəfəri iştirak edib ki, bu da onların 26 faizini təşkil edib. Bu, 2007-ci ildə Dövlət Dumasına keçirilən seçkilərlə müqayisədə təxminən 11 faiz çoxdur.

Digər xəbərlər