2011-ci ilin iyulunda təcavüzkar Ermənistanda keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsinin iştirakçıları ilə görüşündə erməni gənclərin başlarını separatçılıq toxumları ilə yetişdirmək istəyən Serj Sarkisyan ona ünvanlanan "Qərb torpaqlarımızı Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi?" sualına belə cavab vermişdir: "Bu, sizə bağlıdır. Hər nəslin öz vəzifəsi var."(?!)
20-ci əsrin sonlarında Xocalı faciəsində iştirak etməklə insanların, xüsusilə, körpələrin qanını tökərək uşaq qatilinə çevrilən S.Sarkisyan sonradan Parisdə verdiyi "dahiyanə" bəyanatı ilə gündəmdə qalmağa səy göstərmişdi. Marsel şəhərindəki erməni lobbisinin nümayəndələri ilə görüşündə Sarkisyan "Əvvəl-axır Türkiyə erməni abidəsi önündə diz çöküb, baş əyəcək" kimi absurd iddialar səsləndirməklə, Fransa Senatının yaxınlaşan məlum qərarının işartıları barədə eyham vurmuşdu.
Lakin gəlin bu məsələyə tarixi aspektdən və elmi nəzərdən baxaq. Bu zaman görərik ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Gorus-2010: absurd teatrı mövsümü" adlı kitabında erməni ideoloqlarının belə sərsəmləmələrinin əsassız olduğunu tarixin dili, erməni alimlərinin terror qoxusu gələn əsərlərindən tutarlı faktlar gətirməklə isbat edir ki, əslində, ermənilər bu ərazidə aborigen deyil, Cənubi Qafqaza sonradan köçürülmüş qaraçı xalqlara mənsub pərakəndə etnik qrupdur.
Və S.Sarkisyanın bu tipli sərsəmləmələri bir daha aşkar edir ki, tarixlər, qərinələr boyu müsəlmanları, xüsusilə, türkləri özlərinə düşmən kimi qəbul edən sarkisyanlar və başqa yanlar, yəni bütün ermənilər, onların başbilənləri, eyni zamanda, islam dininin də düşmənidir.
İranda erməni, yaxud
Ermənistanda fars amili
Bu gün Ermənistana dost, qardaş deyən İran o dövlətdir ki, bəzi xaçpərəst yazarların, karikaturaçıların islam dininə, müqəddəs kitabımıza həqarətlə baxıb, Peyğəmbərimiz haqqında yazdıqları nalayiq kitablara görə onların ölümünə dəfələrlə fətva vermişdi. Hətta həmin fətvalar yerinə də yetirilmişdi.
Bu zaman ortaya bu kimi suallar çıxır: islami dəyərlərə sadiqliyini dövlətlərinin adı ilə də təsdiqləyən İran İslam Respublikası başçılarında getdikcə güclənən Ermənistan sevgisi nədən və haradan qaynaqlanır ? İİR-in prezidenti M.Əhmədinejadın işğalçı dövlətə mütəmadi səfərlərinin məqsədi nədir? Tarixi, adət-ənənələri, məişəti eyni mənbədən qaynaqlanan azərbaycanlıları deyil, erməniləri dəstəkləyən, onlara maddi yardımlarını əsirgəməyən rəsmi Tehran siyasətində, islami dəyərlərə hansı baxımdan əsaslanır? Bu gün farslar, həqiqətən də, ermənilərlə qan qohumudur desək, yanılmarıq ki?
Hələ demirik ki, islama nifrətlərini məscidləri, dini, tarixi abidələri, imamzadələri dağıtmaqla bildirən ermənilər Qərbi Azərbaycanda bir dənə də olsun müsəlmanlara məxsus ibadətgah saxlamayıblar. Yeganə məscid isə Yerevanda fəaliyyət göstərən Göy Məsciddir ki, həmin məscidin bugünkü axundu fars mollası, ibadətə gedənlər də məhz fars mənşəli İran vətəndaşlarıdır.
Azərbaycana qarşı qeyri-səmimi münasibətlərini verdikləri əsassız bəyanatları, "Səhər" telekanalı ilə anti-azərbaycançılıq çağırışları ilə bildirən rəsmi Tehran başçıları, dini liderləri ölkəmizin daxili işlərinə qarışır, siyasi vəziyyəti gərginləşdirməyə çalışırlar. İranın ayətullahları Ermənistanla yaxın əlaqədə olan İran işğalçı dövlətlə münasibətlərini yeni istiqamət üzrə davam etdirməkdə daha maraqlıdır. Bunu təsdiqləyən yetərincə amillər mövcuddur. Hazırda İranla Ermənistan arasında ermənilər üçün həyati əhəmiyyətli İran-Ermənistan neft terminalının, dəmir yolunun, yüksək gərginlikli elektrik xəttinin və Araz su-elektrik stansiyasının tikintisi daxil olmaqla dörd layihə üzrə iş aparılır.
İran Azərbaycanda guya insan hüquqlarının pozulmasını narahatlıqla izlədiyini bildirir. Amma bütün dünya dövlətləri Azərbaycanda mövcud olan demokratiyanın inkişafını, insan hüquqlarının qorunması üçün ölkəmizdə həyata keçirilən islahat və layihələri başqalarına nümunə göstərir. Azərbaycanda ölüm hökmü ləğv olunsa da, hələ də İranda insanların kranların kanatlarından asılan, əhalini qorxu, təlaş içərisində saxlayaraq xof yaradan cəsədləri günlərlə saxlanılır. İranda azsaylı ermənilərin dili qorunub məktəbləri, kitabları, qəzetləri olduğu halda, 30 milyondan çox azərbaycanlının nə məktəbi, nə də ana dillərində qəzet, jurnalları nəşr olunmur. Bütün bunlar fars rejiminin insan hüquqlarının qorunmasına əsaslanan "demokratiyasının" görüntüləridir. Bu cür "demokratiyanın" isə hara qədər gedəcəyini indidən söyləmək olar. Hər halda, bunu zaman da göstərəcək. Yaxın zaman!
RÖVŞƏN NURƏDDİNOĞLU